Sizin Reklam Burada
Xəbər lenti
01-05-2026
30-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda avtomobillərə ziyan vuran naməlum şəxs peydə olub – VİDEO

Tarix: 23-01-2018 07:20     Baxış: 5293 A- / A+
Bakıda avtomobillərə ziyan vuran naməlum şəxs peydə olub


Gecə saatlarında avtomobilə yaxınlaşan şəxs qəfil onun şüşəsini sındırmağa başlayır. Daha sonra isə əlindəki çəkiclə qabaq faraları və kapotunu əzir.


Manevr.az xəbər verir ki, görüntülər paytaxtın Bakıxanov qəsəbəsi sülh küçəsində təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.

Avtomobilin sahibi Samir Həsənov deyir ki, artıq bununla ikinci dəfədir ki, onun maşınına gecələr gəlib ziyan vururlar. İlk dəfə avtomobil əziləndə məhəl qoymasa da, ikinci dəfə kimsə onun avtomobilini təmirdən çıxan kimi yenidən əzib.

Həmin şəxs avtomobildən heç bir oğurluq etməyib. Digər maraqlı məqam ondan ibarətdir ki, həyətdəki maşınlardan yalnız onun maşınına zərər yetirilib. Bu məhz şəxsi ədavət ehtimalını gündəmə gətirsə də avtomobilin sahibi Samir Həsənov deyir ki şübhələndiyi adam yoxdur və heç kimlə ədavəti yoxdur. Həmin şəxs bunun qarşısını almaq üçün həyətə kamera da quraşdırıb.

Hazırda avtomobil sahibi maşınını yenidən təmir etdirməyə risk etmir. Samir Həsənovu narahatdır ki, avtomobili təmir etdirdikdən sonra ona yenə ziyan vursunlar.

O məsələ ilə bağlı Sabunçu rayon 13-cü polis bölməsinə müraciət edib və video görüntüləri də polisə təqdim edib.

Faktla bağlı araşdırma aparılır.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar