Sizin Reklam Burada
Xəbər lenti
01-05-2026
30-04-2026
BÜTÜN XƏBƏRLƏR

Maskalı şəxslər evə basqın edib qadını döyərək pul aparıblar

Tarix: 20-01-2018 12:58     Baxış: 3295 A- / A+
Maskalı şəxslər evə basqın edib qadını döyərək pul aparıblar


2018-01-20T12:37 xeber – Yanvarın 19-da Şamaxı Rayon Polis Şöbəsinə Məlhəm kəndində yaşayan vətəndaşın evində quldurluğa məruz qalması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, dərhal əməliyyat qrupu hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla saat 3 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girmiş üç maskalı şəxsin onun və arvadının əl və ayaqlarını yapışqanlı lentlə bağlamaları, döyərək oradan 12.000 manat, 3000 ABŞ dolları və 100.000 rubl (2990 manat) aparmaları müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib. Şamaxı Rayon Polis Şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının peşəkarlıqla keçirdikləri tədbirlərlə həmin şəxslərdən 3-ü “isti izlər”lə Sumqayıt şəhərində, 1 nəfər isə Şamaxı rayonunda saxlanılıb.
Araşdırmalarla onların Şamaxı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rəşad Zərbalıyev, Cavid Zərbalıyev, Şəhriyar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev, Sumqayıt şəhər sakini Mehdi Əliyev olmaları müəyyən edilib.
Faktla əlaqədar Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. /Sputnik Azərbaycan/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar