Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni ailə qurduğu 3-cü arvadının qanını tökdü

Tarix: 19-01-2018 18:34     Baxış: 4273 A- / A+
Yeni ailə qurduğu 3-cü arvadının qanını tökdü

Bakıda arvadını bıçaqlamaqda təqsirli bilinən Hacıbala Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hacıbala Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq bağları adlı ərazidə Ülkər Şıxəliyeva atasının evində əri Hacıbala Məmmədov tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. İlkin müayinələr zamanı Ülkər Şıxəliyevada daxilə nüfuz edən bıçaq xəsarətlərinin olduğu aşkarlanıb.

Hadisəni törədən şəxs 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. İlkin izahatında saxlanılan şəxs bildirib ki, bu onun 3-cü evliliyidir. Ülkər Şıxəliyeva ilə hadisədən 1 ay əvvəl ailə qurub. Yenicə ailə qurmalarına baxmayaraq xarakterləri uyğun gəlmir.

Qeyd edək ki, bu, Ülkər Şıxəliyevanın da ikinci ailə həyatıdır. Birinci nikahdan 9 yaşlı övladı var.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar