Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda müəlliməni oğurlayıb zorladılar

Tarix: 18-01-2018 19:44     Baxış: 3304 A- / A+
Azərbaycanda müəlliməni oğurlayıb zorladılar


2016-cı ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində müəlliməni oğurlayaraq cinsi təcavüz edən dəstə üzvlərinin məhkəməsi başa çatıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Təhsil Nazirliyinin təyinatla kəndə göndərdiyi 23 yaşlı Sara Vəliyevanı (ad şərtidir) qaçıran dəstə üzvlərindən 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu 13, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu 12, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Onlardan 3-ü Cinayət Məcəlləsinin 144.2.3-cü "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu", müəllimə ilə evlənmək istəyən B.İsrafilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinib.

Qeyd edək ki, oğurlanan və cinsi təcavüzə məruz qalan müəllimə işini itirib. Məlum olaydan sonra həmin kənddə işləmək istəməyən kimya müəllimi, 23 yaşlı Sara Vəliyeva Təhsil Nazirliyinə iş yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. O, başqa məktəblərdə də ixtisaslı kimya müəlliminə ehtiyac olduğunu, imtahanla müəllimliyə qəbul edildiyini xatırladaraq nazirlikdən doğulduğu rayonda və yaxud paytaxtda işlə təmin edilməsini xahiş edib. Lakin nazirlik gənc müəllimin istəyini təmin etməyib

Təcavüzə məruz qalmış müəllimin ailəsi daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynovaya müraciət edib. Hicran Hüseynovanın köməkliyi ilə o, regionlardakı mərkəzlərdən birində müvəqqəti işlə təmin edilib. /Lent.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar