Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ukraynada azərbaycanlı tələbənin qətlinin detalları məlum olub

Tarix: 28-09-2016 16:43     Baxış: 3220 A- / A+
Ukraynada azərbaycanlı tələbənin qətlinin detalları məlum olub
Ukraynada azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin qətlinin detalları məlum olub.
Mərhumun dostu Rüfət Rəhmanovun "Report"un Ukrayna bürosuna verdiyi məlumata görə, qətl hadisəsi Simferopol şəhərində Rıleyeva 4 küçəsində, V.İ.Vernadski adına Krım Federal Universitetinin Tavriya Akademiyasının tələbə yataqxanasının binası yaxınlığında törədilib.
"Onu ya iranlı, ya da ərəb qətlə yetirib. Bildiyim qədəri ilə daha əvvəl həmin şəxslə aralarında münaqişə yaşanmışdı.

Bu il azərbaycanlı tələbələrə qərəzli münasibət göstərirdilər, yataqxana komendantı onları yerləşdirməkdən imtina edirdi. Məhəmmədin qaldığı otağa daha əvvəl münaqişə yaşadığı şəxsi yerləşdirdilər. İki gün əvvəl aralarında hətta əlbəyaxa dava olmuşdu. Həmin o iranlı və ya ərəb dünən yataqxananın yaxınlığında onu bıçaqlayıb", - deyə Rüfət Rəhmanov bildirib.

O qeyd edib ki, əldə etdiyi məlumata görə, cinayətkar artıq saxlanılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar