Sizin Reklam Burada
Xəbər lenti
30-04-2026
29-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda “Malış Ramin” dəstəsi ilə birgə ələ keçirildi – VİDEO

Tarix: 11-01-2018 00:23     Baxış: 4378 A- / A+
Bakıda “Malış Ramin” dəstəsi ilə birgə ələ keçirildi – VİDEO


Abşeron rayonu Masazır qəsəbə sakini Məhəmməd Məmmədov yanvarın 6-da polisə müraciət edərək yaşadığı evdən təxminən 10 min manat dəyərində qızıl oğurlandığını bildirib.

Manevr.az ARB TV-yə istinadən xəbər verir ki, Rayon Polis İdarəsi və DİN-Baş Cinayət Axtarış İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, cinayət aləmində “Malış” ləqəbi ilə tanınan, 29 yaşlı Ramin Həmidov və 33 yaşlı Həsən Əliyev saxlanılaraq istintaqa təqdim olunub.

Həsən Əliyev (saxlanılan şəxs): “Ramini qardaşı vasitəsilə tanıyırdım. Onun qardaşı ilə dost idik. Planlaşdırdıq evlərə girdik. 4 evə girdik, üçündən heç nə çıxmadı, birindən qızıl çıxdı. Qızılları saxladım ki, satıb pulu bölək. Sata bilməyib yaxalandım”.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar