Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Goranboydakı insidentlə bağlı - rəsmi məlumat

Tarix: 05-01-2018 13:39     Baxış: 5431 A- / A+
Goranboydakı insidentlə bağlı


Goranboy rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb, hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Goranboy rayon prokurorluğu və rayon Polis Şöbəsindən verilən məlumatda bildirilir ki, yanvarın 4-də saat 21 radələrində Goranboy rayon sakinləri Rəvan İsmayılov və digərlərinin ictimai qaydanı kobud surətdə pozaraq rayonun Dəliməmmədli şəhəri ərazisində aralarında yaranmış mübahisə zəminində Elxan Həsənova, Fəxrəddin Məmmədova, Anar Hətəmiyə, Nicat Əliyevə və Zülfüqar Cabbarova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirməsi, nəticədə sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Prokurorluq və polis orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü R.İsmayılov tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayətin digər iştirakçılarının dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. aznews.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar