Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı qadın ad günündə güllələndi - Türkiyədə

Tarix: 01-01-2018 21:07     Baxış: 2482 A- / A+
Azərbaycanlı qadın ad günündə güllələndi - Türkiyədə

Bir ay əvvəl Türkiyənin Qars rayonunda Azərbaycan əsilli Aydan Bayramovanı öldürməkdə şübhəli sayılan şəxs saxlanılıb.

Manevr.az apa-ya istinadən xəbər verir ki, hadisə keçən il noyabrın 2-də baş verib.

A. Bayramova Ərdahan yolu üzərindəki əyləncə məkanında tanışının ad günü şənliyində öldürülüb. A. Bayramovanın öldürülməsində Serkan Ç. şübhəli sayılıb və o, axtarışa verilib. Serkan Ç.-nin keçən il iyulun 23-də həmin əyləncə məkanı qarşısında baş verən, taksi sürücüsü Bünyamin Üreyilin öldüyü, 3 nəfərin yaralandığı silahlı atışmada da iştirak etdiyi üzə çıxıb. Taksi sürücüsünün ölümündə də Serkan Ç. əsas şübhəli sayılıb.

Qars Polis İdarəsinin əməkdaşları A. Bayramovanın ölümü ilə bağlı axtarışda olan Serkan Ç.-nin yeni il gecəsi şənliyi zamanı elə həmin əyləncə məkanında olduğu barədə məlumat alıblar. Serkan Ç. gecə saat 02.30 radələrində əyləncə məkanında saxlanılıb. Serkan Ç.-nin üzərində törətdiyi cinayətlərdə istifadə etdiyi "Glock" markalı tapança və 2 qr sintetik narkotik vasitə aşkarlanıb.

Əyləncə məkanında keçirilən əməliyyat zamanı polisin Serkan Ç.-ni yaxalamasına mane olmağa çalışan 15 nəfər haqqında da təhqiqat başlayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar