Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda DƏHŞƏT-4 yaşlı uşağı zorladı -Gəlinini yad kişi ilə tutdu, 4 qızı və arvadını öldürdü,

Tarix: 30-12-2017 17:08     Baxış: 31 348 A- / A+
Azərbaycanda DƏHŞƏT-4 yaşlı uşağı zorladı


Nənəsini boğan nəvə, nəvəsini quyuya atan nənə, 4 qızı və həyat yoldaşını bir gecədə öldürən ata, gəlinini öldürən qayınata - bir vaxtlar xarici saytlarda oxuyub, təəcübləndiyimiz sadalanan hadisələrin hamısı nə yazıq ki, 2017-ci ildə Azərbaycanda baş verib.


İl ərzində elektron mediada yüzlərlə kriminal xəbər və onların təfərrüatları barədə məlumatlar oxuduq. Lakin onların bəziləri var ki, uzun müddət müzakirə edildi, yəqin ki, bundan sonra da hələ uzun illər yaddaşlardan silinməyəcək.

Manevr.az publika.az-a istinadən il ərzində ən yaddaqalan və qalmaqallı kriminal xəbərlərini təqdim edir:

İlin ən qalmaqallı və aylarla müzakirə edilən hadisəsi martda yaşandı. Martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinə çırpıldı. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər öldü, 21 nəfər xəsarət aldı. Sərnişinlər hamısı Sumqayıt Dövlət Universitetinin tələbələri idi.

Azərbaycanda DƏHŞƏT-4 yaşlı uşağı zorladı


Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işdən sonra 6 tələbənin ölümünə səbəb olan Namiq Hüseynov 5 il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 10 il azadlıqdan məhrum edildi.

Uşaqları ilə birlikdə qatarın altına atdı

Azərbaycanda DƏHŞƏT-4 yaşlı uşağı zorladı


Yazdan başlayan dəhşətli kriminal hadisələr yay aylarında daha da şiddətləndi. Ailə münaqişəsi zəminində öldürülən və öldürən qadınların sayı az olmadı. Amma onların ən dəhşətlisi ananın iki azyaşlı uşağı ilə birlikdə özünü qatarın altına atması idi. Belə ki, iyulun 26-də 1992-ci il təvəllüdlü Pərvanə Mahmudova iki azyaşlı uşağı – 3 yaşlı Sənan Mahmudov, 1 yaşlı Səma Mahmudova ilə birlikdə özünü Şəmkirdə qatarın altına atdı. Nəticədə ana və uşaqları hadisə yerində həyatını itirdi. İntihar səbəbinin ailədə baş verən (gəlin-qayınana münasibətləri) münaqişələrin olduğu deyildi. Həyat yoldaşı Rusiyada olan Pərvanə qayınanası ilə mübahisələrinə son vermək üçün çıxış yolunu ölümdə gördü. Hadisənin ən dəhşətli tərəfi isə təbii ki, uşaqlarını da qurban etməsi oldu.

4 nəfəri öldürüb intihar etdi, nəvəsini quyuya atdı

Azərbaycanda DƏHŞƏT-4 yaşlı uşağı zorladı


Ananın uşaqlarını öldürməsi şokundan ayılmamış iki gün dalbadal ölkəmizdə baş verə biləcəyinə inanmayacağımız xəbərlər gündəmi zəbt etdi. İyulun 30-da Hacıqabul və eləcə də, Azərbaycan səhəri dəhşətli xəbərlə açdı.

“Hacıqabulda dəhşətli silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb” başlığı ilə yayılan xəbər çoxlu suallara səbəb oldu. Hadisəni törədən 1971-ci il təvəllüdlü Mübariz Qibləli oğlu Mehdiyevin qətli törətdikdən sonra özünü boyun nayihəsindən tüfənglə vuraraq intihar etməsi sualları daha da artırdı. Bir-bir bütün sualların cavabı tapıldı. Məlum oldu ki, rayonun Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvünün öldürülməsi illərdir davam edən münaqişənin nəticəsidir. Beləliklə, 1988-ci təvəllüdlü Namiq Nazim oğlu Qənbərov, 1953-cü il təvəllüdlü Nazim Əliağa oğlu Qənbərov, 1962-ci il təvəllüdlü Gülbağda Eynulla qızı Qənbərova və 1958-сi il Bibilə Məlik qızı Qənbərov ailə münaqişəsinin qurbanı oldu.

Məlum oldu ki, Mübariz Mehtiyevlə Qəmbərovlar arasında münaqişə Rusiyadan başlayıb. Əcnəbi ölkədə həmyerlilərimiz arasındakı anlaşılmazlıq M.Mehdiyevin bir ailənin 4 üzvünü öldürməsi ilə nəticələndi. M.Mehdiyevin əslində öldürmək istədiyi Natiq Qənbərov isə hadisə zamanı evdəki digər ailə üzvlərini çıxararaq qaçıb canını qurtara bilmişdi.

Bir insanın səhər-səhər yuxudan durub 4 nəfəri öldürüb, sonra da özünü vurması dəhşətlidir, nənənin öz nəvəsini quyuya atıb öldürməsi xəbərindəki insanlıqdan uzaq addımı isə təsəvvür etmək mümkün deyil.

Təəssüf ki, təsəvvür belə edə bilmədiyimiz hadisə bu il ölkəmizdə yaşandı. İlkin xəbərdə sadəcə 6 günlük körpənin quyuya atılması məlumatı var idi. Lakin heç kim yeni doğulmuş qızın nənəsi tərəfindən öldürülməsini təsəvvür etməzdi. Məlumat belə idi:

“Lənkəranın Darquba kəndində altı günlük Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb. Yuxudan oyanan ana körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə baş verəndən bir neçə gün sonra körpənin cəsədi aşkarlanıb.

Quyudan çıxarılan körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırıldı. M.Nurullayeva ailənin ikinci qız övladı isi. Hadisə baş verən gün evdə yalnız ailə üzvləri olub, qapı və pəncərədə hər hansı zorlanma izinə rast gəlinməyib”.

Sonuncu cümlə hadisəni evdəkilərdən birinin törətdiyinə işarə edirdi. Amma kim? Çox çəkmədi onun kimliyi aşkarlandı. İlkin məlumata görə, 6 günlük körpəni öldürən nənəsi Atifə Nurullayeva imiş. O, oğlunun ikinci qızı olduğu üçün 6 günlük körpənin əvvəl bədəninə iynələr batırıb, sonra da onu quyuya atıb. Fakt aşkarlanana qədər isə oğlunun, gəlininin və bütün qohumların gözünün içinə baxa-baxa işlədiyi qeyri-insani əməlini gizlədib.

Digər iddiaya görə, əslində uşağı öldürən nənəsi yox, əmisi Faiq Nurullayevin həyat yoldaşı olub. F.Nurullayev isə həyat yoldaşının həbs edilməməsi üçün anasından qətli öz üzərinə götürməsini istəyib və beləliklə də, A.Nurullayeva təqsirsiz olduğu halda qətli öz üzərinə götürüb.

Səbəb isə F.Nurullayevanın həyat yoldaşının bir uşaqdan sonra ikinci uşağa hamilə qala bilməməsi, ikinci dəfə uşaq dünyaya gətirən qaynı arvadına qısqanmasıdır.

4 yaşlı uşağa qarşı iyrənc əməl

Azərbaycanda DƏHŞƏT-4 yaşlı uşağı zorladı


İyul ayında daha bir dəhşətli hadisə Naxçıvanda baş verdi. 1994-cü il təvəllüdlü Ələsgər Məmmədovun azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etdiyi məlum oldu. İddiaya görə, iyulun 30-da axşam saatlarında hadisədən bir neçə gün əvvəl hərbi xidmətdən gələn Ələsgər Məmmədov Culfa rayonunda toy məclisində iştirak edib. O, toyda 4 yaşlı qızın başını aldadaraq onu nənəsinin yanına aparacağını deyib. Oğlan həmin vaxt içkili olub. Azyaşlını dəmiryolunun kənarına apararaq zorlayıb.

Səs eşidən bir nəfər hadisə yerinə yaxınlaşıb və dərhal polisə məlumat verib. 4 yaşlı qız həkimə aparılıb. Əfsus ki, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Ə.Məmmədov bu dəhşətli əməlinə görə 19 il azadlıqdan məhrum edilib.

İlin hələ də, sirri açılmayan sensasiyalı kriminal hadisələrindən biri sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar edilməsi oldu. Daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirildi, şahidlər dindirildi, müvafiq ekspertizalar təyin edildi və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirildi. Ancaq hələ ki, cinayət açılmayıb.

Qalmaqallı iki ay

Azərbaycanda DƏHŞƏT-4 yaşlı uşağı zorladı


İlin son iki ayında isə təəssüflə qeyd edirik ki, kriminal aləmdə “canlanma” müşahidə olundu. Bir hadisənin səs-sorağı çəkilməmiş növbəti dəhşətli cinayətin ilkin məlumatları yayıldı.

Noyabrın 12-də Şəkidə 1938-ci il təvəllüdlü Nüvər İbrahimxəlil qızı Sadıqova qız nəvəsi tərəfindən qətlə yetirildi. Cinayəti törədən 30 yaşlı Reyhan Davudovanın ruhi xəstə olduğu və bir neçə dəfə müalicə olunduğu bildirildi.

“Hadisə baş verən vaxt R.Davudova evdə nənəsi ilə tək olub. O, ilk öncə nənəsini boğub, daha sonra çəkiclə qoca qadının başına bir neçə dəfə zərbə endirib. R.Davudova qətli törətdikdən sonra taksiyə əyləşərək polis şöbəsinə gedib və törətdiyi cinayəti boynuna alıb”.

Ayın ən dəhşətli kriminal xəbəri isə Salyanda Mehparə Əliyeva və 4 qızının ailə başçısı Fərhad Əliyev tərəfindən öldürülməsi oldu. Düzdür, hadisə 3 il əvvəl baş verib, lakin bu illər ərzində hər kəs onların Bakıda, ya da Türkiyədə olduğunu zənn edib. Ta ki, Mehparənin bacısı onu və qızlarını axtarmaq üçün “Xəzər” televiziyasına çıxana qədər. Verilişdə onların Türkiyəyə getmək ehtimalı səslənəndən sonra cinayəti törədən ata və ona kömək edən 1989-cu il təvəllüdlü Fəqan Əliyev törətdikləri dəhşəti etiraf etmək qərarına gəliblər.

Qonşu, qohum, ata, övlad cinayətləri bir tərəfə virtual aləm də bu il insanlara qənim kəsildi. İlin ən populyar “kriminal oyunu” “Mavi balina” oldu. Virtual oyun yeniyetmələri hədəf aldı. Oyuna daxil olmaq istəyən şəxslərə “admin” tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə “oyunçu”dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. Oyunun sonuncu mərhələsi isə oyunçudan intihar etməsi tələbidir. İntihar etmək istəməyənlər yaxınlarının öldürüləcəyi ilə hədələnirlər. İddialara görə, artıq Azərbaycanda da oyunun qurbanına çevrilənlər var. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi, oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gəncin özünü asması məhz bu oyunla əlaqələndirilir. Düzdür, hüquq-mühafizə orqanları bu əlaqənin doğru olmadığını deyir. Amma bu oyunun qurbanlarından birinin mətbuata açıqlaması təhlükənin yaxında olduğundan xəbər verir.

Müğənni kriminal avtoritet işbirliyi
Azərbaycanda DƏHŞƏT-4 yaşlı uşağı zorladı



Kriminal xəbərlərin xronikasını hazırlayıb, kriminal avtoritetlərdən danışmasaq, olmaz. Bu il onlar üçün də asan olmadı. Hər şey 22 illik fasiləsiz həbs həyatından sonra “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun azadlığa buraxılmasından başladı. Qəfil yayılan xəbər gündəmə bomba kimi düşdü. Kriminal avtoritetin həbsdən çıxandan qısa müddət sonra məlumat yayıldı ki, o əvvəl Gürcüstana, sonra isə İstanbula gedib. Ardınca “Lotu Quli” haqqında müxtəlif xəbərlər yayılmağa başladı. Sonuncu məlumat isə Rusiyanın onu beynəlxalq axtarışa verməsi oldu. O, Azərbaycandan Rusiya gedən iş adamlarını oğurlayıb, onlardan pul almaqda ittiham edilir.

“Lotu Quli” xəbərləri yayıldığı bir vaxtda Şirvandan Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında məhkumların qaçması xəbəri yayıldı. Qaçanlar isə kriminal avtoritetlər olan “Qoca” ləqəbli dustaq Etibar Məmmədov və 1989-cu il təvəllüdlü Əli Ağami idi. Bakı-Astara-Bakı dəmir yolu qarovulu ilə “Biləcəri” stansiyasında xüsusi vaqondan qaçmağa müvəffəq olsalar da, az sonra Ə.Ağami Şirvan şəhərində ələ keçdi. Bu hadisəyə dəstək olanlar arasında müğənni Fədayə Laçının da adı çəkilirdi. Daha sonra onun deyil, kriminal avtoritetlərin qaçısına Günay Atakişiyeva adlı xanımın dəstək olduğu bildirildi. Lakin F.Laçın bu ittihamla saxlanılıb və hələ də həbsdədir. “Qoca” ləqəbli E.Məmmədov “Lotu Quli” ilə yaxınlığına görə seçilən biri idi. “Qoca” qaçandan bir müddət sonra isə polis onun izinə düşdü. O, yaxalanarkən baş verən atışma zamanı yaralanaraq öldü. Məhbusların qaçmasına görə Penitensiar xidmətin 11 əməkdaşı işdən qovuldu.

Gəlinini qonşusu ilə hamamda tutub
Azərbaycanda DƏHŞƏT-4 yaşlı uşağı zorladı



Dekabr ayında ən yaddaqalan kriminal hadisələrdən biri Sabunçu rayonunda 24 yaşlı gəlinin öldürülməsi oldu. Araşdırma zamanı qətllə bağlı maraqlı faktlar üzə çıxdı.

Məlum oldu ki, 24 yaşlı qadını öldürən qayınatası 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğludur.

“İlkin araşdırmalardan sonra məlum olub ki, o, gəlinini qısqanclıq zəminində öldürüb. Belə ki, Seyidmalik Məmmədovun oğlu Aygünlə 5 il əvvəl ailə həyatı qurub və onların bir oğlu dünyaya gəlib. S.Məmmədovun həyəti geniş olduğundan orada oğlu üçün ayrı ev tikib. Lakin ailələrin hamam-tualeti bir imiş. Bir neçə gün əvvəl 59 yaşlı kişi həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan, ailəli və 4 uşaq atası olan 37 yaşlı Təhmasiblə tutub. Kişi həm gəlinindən, həm də Təhmasibdən Maştağanı tərk etmələrini istəyib. Əks təqdirdə onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.

Həmin hadisədən sonra Təhmasib Bakını tərk edib və Zaqatalada məskunlaşıb. Aygün isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi tüfənglə gəlinini güllələyərək öldürüb”.

80 maddə ilə ittiham edilən əməliyyat müvəkkili intihar etdi
Azərbaycanda DƏHŞƏT-4 yaşlı uşağı zorladı



Dekabr ayının ən qalmaqallı kriminal hadisəsi isə Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar etməsi oldu.

“Sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.

H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb. Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib”.

Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun intihar faktına görə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Ümid edək ki, növbəti il – 2018-də və daha sonrakı illərdə belə dəhşətlərə şahidlik etmərik. Heç bir problemin, hadisənin həlli yolu insanın özünü öldürməsi və ya insanların, uşaqların qətlə yetirilməsi ola bilməz. Həyatları, eyni zamanda törədilən cinayətlərlə insanlığı məhv etmək yerinə daha sivil yollara əl atmağı tövsiyə edirik.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar