Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

Eyni qızla yazışan iki dostdan ŞOK HƏRƏKƏT: görüşdülər və... - Cəlilabadda DƏHŞƏT​​

Tarix: 28-12-2017 13:07     Baxış: 6489 A- / A+
Eyni qızla yazışan iki dostdan ŞOK HƏRƏKƏT: görüşdülər və... - Cəlilabadda DƏHŞƏT​​


Cəlilabad rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Elvin Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, hadisə Cəlilabad rayonunun Sabirabad kəndində baş verib. Elvin Mahmudov əvvəllər tanıdığı və qonşuluqda yaşayan Rauf Babayevlə sosial şəbəkədə yazışıb.

“Ayka” ilə tanışlıq

Rauf Babayev həmin vaxt hər ikisinin sosial şəbəkə vasitəsilə tanış olduqları “Ayka” adlı qızla yazışıb. Buna görə Elvin Mahmudov ilə Rauf Babayevin arasında mübahisə yaranıb.

Onlar bir-birlərindən “Ayka” ilə yazışmamalarını tələb ediblər. Onların hər ikisi yenə də “Ayka” ilə yazışmaqda davam edib. Bu səbəbdən dostlar arasında dəfələrlə mübahisə yarınıb.

Qızla danışmağın qadağası


Elvin Mahmudovun 6 fevral 2017-ci il tarixdə saat 20.30-da sosial şəbəkədə həmin qızla təkrar yazışmasından xəbər tutan Rauf Babayev onunla görüşmək istəyib. Onlar aralarındakı münasibəti aydınlaşdırmaq üçün görüş yeri də təyin ediblər.

Onlar həmin gün saat 21-də aralarında yaranmış münasibətlərə aydınlıq gətirmək üçün Cəlilabad şəhəri, Səttarxan küçəsinə gəliblər. Burada onların aralarında mübahisə baş verib.

Mübahisə

Baş vermiş mübahisə zamanı Rauf Babayev yumruqla Elvin Mahmudovun çənə nahiyəsinə vurub. Rauf Babayevin bu hərəkətindən əsəbiləşən Elvin Mahmudov onu qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə Elvin Mahmudov özü ilə gətirdiyi bıçaqla Rauf Babayevə çoxsaylı bıçaq xəsarətləri yetirib. Cinayəti törədən zaman Elvin Mahmudov qaranlıqda onlara tərəf avtomobilin gəldiyini görüb və hadisə yerindən qaçıb.

Qətlə cəhd

Rauf Babayev qohumlarının köməkliyilə vaxtında xəstəxanaya çatdırılaraq ona tibbi yardım göstərilib. Bu səbəbdən onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elvin Mahmudovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Mahmudov 5 il 7 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror protestində təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Prokurorun protesti baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı protest araşdırılıb.

Hakim kollegiyasının qərarı ilə prokurorun protesti təmin edilməyib, birnci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar