Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ögey qardaşı ilə münasibətindən şübhələndi, arvadının başını kəsdi

Tarix: 11-12-2017 13:18     Baxış: 3372 A- / A+
Ögey qardaşı ilə münasibətindən şübhələndi, arvadının başını kəsdi
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun icraatında olan prosesdə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilən Murad Ələsgərov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu il mayın 22-də Qubanın Güləzi kəndində Murad Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya balta ilə 5 dəfə zərbə endirib. Qısqanc ər daha sonra arvadının başını kəsib. Murad Ələsgərov könüllü olaraq Quba rayon polis şöbəsinə gedərək, istintaqa təslim olub. Murad Ələsgərov həyat yoldaşının ögey qardaşı Şeyda Ələsgərovla aralarında intim münasibətləri olmasından şübhələndiyini deyib.

Murad Ələsgərov ittiham üzrə özünü qismən təqsirli bilib:

“Ulduzla 2009-cu ildə ailə qurmuşuq. 3 övladımız var. Evləndiyimiz gündən bəri heç bir problemimiz olmayıb. Təxminən 1 il bundan qabaq Rusiyada yaşayan ögey qardaşım Şeyda deportasiya olunub rayona qayıtdı və bizimlə birgə yaşamağa başladı. Şeyda bizimlə qalandan sonra onunla münasibətim pis idi. Bir də qayınatamın ünvanına ağır söz işlətdiyi üçün onunla dalaşmışdım. Birlikdə yaşadığımız müddətdən sonra həyat yoldaşımın Şeyda ilə isti münasibətlərini sezdim, aralarında intim münasibətin olmasından şübhələndim. Başladım onları izləməyə. Onlar bunu başa düşüb, nəzərəçarpan hərəkətlər etmirdilər. Hadisədən üç-dörd gün əvvəl onları güdmək məqsədilə evin arxasındakı samanlıqda gizləndim. Şeyda Ulduza nəsə dedi, amma eşitmədim, dəqiq nə dediyini bilmədim. Bundan sonra qapı açıldı, Şeyda həyətə çıxdı, təxminən 10 dəqiqədən sonra Ulduz da həyətə çıxdı. Samanlığın nəfəsliyindən baxanda Ulduzun tövlənin arxasına tərəf getdiyini gördüm. Şeydanın harada olduğunu öyrənmək məqsədilə gizləndiyim yerdən çıxıb, tövlənin qabağına sarı getdim. Şeyda çəpərin yaxınlığında məni görüb özünü itirdi, geri dönüb küçəyə tərəf getdi. Sonra bir gün günorta işləmək adıyla evdən çıxdım. Şeyda da arxamca küçəyə qədər gəldi. Şeyda görməsin deyə, başqa yoldan fırlanıb, qonşunun bağına keçib, ağaca çıxdım və həyətimizə baxdım. Nə Şeydanı, nə də Ulduzu eyvanda görmədim. Ağacdan düşüb qaça-qaça samanlığa gəlib baxdım. Orda olmasalar da, qapı açıq idi. Evə gələndə gördüm ki, Şeyda eyvandadır, Ulduz isə halsız halda taxtın üstündə uzanıb”.yeniçağ.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar