Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Əli Həsənovun nəvəsi məhkəmə qarşısında

Tarix: 20-11-2017 17:09     Baxış: 4303 A- / A+
Əli Həsənovun nəvəsi məhkəmə qarşısında


Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev məhkəmə qarşısına çıxarılır.

N.Allahverdiyev haqqındakı cinayət işini Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdıracaq. Azadlıq Radiosunun məlumatına görə, bu iş üzrə məhkəmənin hazırlıq iclası noyabrın 24-nə təyin olunub.

23 yaşlı N.Allahverdiyev avqustun 3-də paytaxtın Heydər Əliyev prospektində baş vermiş və iki nəfərin ölümü, daha ikisinin yaralanması ilə nəticələnən yol qəzasına görə cinayət məsuliyyətinə cəlb olunub. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin hadisə ilə bağlı birgə məlumatında bildirilir ki, qəzanı törədən «Mercedes- Gelandewagen» markalı avtomobilin sükanı arxasında 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olduğu müəyyənləşdirilib. Bundan sonra onun barəsində ilkin istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

«Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan «Mazda» markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılovun olduğu da müəyyən edilib. Məhkəmə onun barəsində 1 ay müddətinə inzibati həbs qərarı verib», - rəsmi məlumatda deyilir.

N.Allahverdiyevin vəkili Sevdiyar Bayramov mətbuata açıqlamasında bildirmişdi ki, müvəkkili həbs-qətimkan tədbiri seçilərkən məhkəmədə əməlindən peşman olduğunu deyib.

N.Allahverdiyevin ittiham olunduğu CM-nin 263.3 maddəsində 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar