Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Köçəryan yalnız Qarabağdan 4 milyard dollar yığıb...” - Erməni mediası

Tarix: 06-11-2017 11:59     Baxış: 6401 A- / A+
“Köçəryan yalnız Qarabağdan 4 milyard dollar yığıb...”



Xocalı qatilinin “demokratiya beşiyi” ABŞ-da dəbdəbəli malikanəsi də var...


“Robert Köçəryan 10 il ərzində erməni “xam torpağ”ı hesabına 4 mlrd. dollar yığıb”.

Manevr.az yazır ki, bu məlumatı Ermənistan mediası yayıb.

“Erməni xam torpağı” deyəndə erməni jurnalistlər işğal altındakı Azərbaycan torpaqlarını nəzərdə tuturlar. Xəbərdə deyilir:”Etibarlı mənbələrin təsdiqlədiyinə görə, Robert Köçəryan 10 il ərzində (1998-2008-ci illərdə Ermənistan prezidenti olduğu dövr-S.L.) “erməni xam torpağı” hesabına 4 mlrd. dollarlıq varidat toplayıb. Ancaq cəmiyyətdən və dövlətdən taladığı pullardan bir qəpik də “Artsax”a yatırmayıb. Əvəzində o, öz biznesini hətta Afrikada (Ermənistan və “Artsax”ın keçmiş prezidentinin sevimli ov məkanı) inkişaf etdirməyi üstün bilib...”

Xatırladaq ki, R.Köçəryan Xankəndidə 2 il “baş nazir”(1992-1994), 3 il isə “prezident”(1994-1997) kimi çalışıb.

Ancaq xəbərdə R.Köçəryanın həmin 4 mlrd. dolları Qarabağda konkret hansı mənbələrdən əldə etdiyi göstərilmir. Çox güman ki, burada əsas yeri işğal altında olan torpaqlarımızdakı yaşayış məntəqələrinin bərpasına ayrılan pullar və faydalı qazıntı, xüsusən qızıl, civə, mis, molibden, dəmir yataqlarından axan(!) gəlirlər tutub.

Son məlumatlara görə, Xocalı soyqırımının iştirakçısı, cani eks-prezident R.Köçəryanın “demokratiya beşiyi” - ABŞ-da möhtəşəm bir malikanəsi də var...

P.S. Erməni mediası hələ hazırkı qatil prezident Serjik Sərkisyanın taladıqlarından yazmır. Görünür, onun Qarabağda “yedik”lərini hələ hesablayıb qurtara bilməyiblər...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar