Sizin Reklam Burada
Xəbər lenti
05-08-2025
04-08-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur yazıçının oğlu məhkəmə qarşısında - dələduzluq

Tarix: 19-09-2016 17:22     Baxış: 3234 A- / A+
Məşhur yazıçının oğlu məhkəmə qarşısında


Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadə mühakimə edilir.

Eyni zamanda, 3 saylı hüquq məsləhətxanasında vəkil kimi fəaliyyət göstərmiş Əziz Kərimzadə CM-nin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. Cinayət işinin materiallarına görə, yazıçının oğlu dörd nəfəri aldadıb, onların ümumilikdə 60 min manata yaxın pulunu alıb qaytarmayıb.

Lakin Əziz Kərimzadə özünü təqsirli bilmir.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən bu məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir. Amma məhkəməyə gəlmədiklərinə görə onlar barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Növbəti məhkəmə iclası isə sentyabrın 28-nə təyin olunub.

Əziz Kərimzadə bundan öncə də dələduzluğa görə məhkum edilib. 2012-ci ilin yayında o, Elçin Muradov adlı vətəndaşın şikayəti əsasında həbs olunmuşdu. Muradov şikayətində göstərmişdi ki, Əziz Kərimzadə özünü vəkil kimi təqdim edib və onun 12 min manatını mənimsəyib. Kərimzadə həmin iş üzrə tanışı Azər Qurbanovla birlikdə mühakimə olunurdu.

Bakı Ağır Cinayətlər Məhkəməsi onların dəymiş ziyanı ödəmələrini əsas götürüb, onları şərti cəza ilə azadlığa buraxmışdı.(virtualaz)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar