Xəbər lenti
Avropa Oyunlarında avstriyalı idmançıları vuran sürücüyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, Xidmətin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov və "Təhlükəsiz Şəhər Xidməti"nin operatoru Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə H.Salamovun ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 308.1-ci (vəzifə səlahiyyətindən sui-istifadə olunma) maddəsi həmin məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsinə tövsif edilib. H.Salamov və V.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxsin cəzaları məntəqə tipli cəzacəkmə müəssisəsində çəkmələri barədə qərar qəbul edilib.
E.Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Digər təqsirləndirilən F.Əmiraslamovun barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il 11 ay 28 gün müddətinə şərti cəza verilib.
Xatırladaq ki, sonuncu prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Vəli Əhmədovun 3 il müddətinə azadlıqdan məhrum olunaraq cəzasını məntəqə tipli müəssisədə çəkməsini, Hüseyn Salamovun və Elçin Həsənovun hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilmələrini, Fərid Əmiraslanovun isə 5 il müddətinə azadlıqdan məhrum olunaraq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.
Qeyd edək ki, keçən il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar