Xəbər lenti
Bacısını başqa oğlanla görən qardaş kişini öldürdü - YENİLƏNİB

Şəmkirdə törədilən qətlin təfərrüatları məlum olub.
Manevr.az "report"a istinadən xəbər verir ki, hadisə qısqanclıq zəminində törədilib.
Belə ki, Şəmkir rayonunun Zəyəm kənd sakini, 2000-ci il təvəllüdlü Həsrət Azər oğlu Xəlilov bacısını 1989-cu il təvəllüdlü həmkəndlisi Tural Ramiz oğlu Məmmədovla görüb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə H.Xəlilov T.Məmmədovu döş qəfəsindən bıçaqlayaraq onu ağır yaralayıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
H.Xəlilov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
***
21:09
Şəmkir sakini bıçaqlanaraq qətlə yetirilib.
Manevr.az-ın apa-ya istinadən məlumatına görə, rayonun Zəyəm qəsəbə sakini, 1989 Məmmədov Tural Ramiz oğlu bıçaq xəsarətləri ilə Şəmkir Rayon Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub.
İlkin məlumata görə, T.Məmmədov mübahisə zəminində həmyerlisi, 15 yaşlı yeniyetmə tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar