Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda yaralanan azərbaycanlılardan biri süni tənəffüs aparatına qoşuldu

Tarix: 20-10-2017 20:43     Baxış: 5236 A- / A+
Gürcüstanda yaralanan azərbaycanlılardan biri süni tənəffüs aparatına qoşuldu
Gürcüstanın Marneuli rayonunda ötən gecə silahlı insident nəticəsində yaralanmış şəxslərin ikisi xəstəxanadan evə buraxılıb.

Manevr.az-ın məlumatına görə, “Gürcü Arzusu” partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarovun vəziyyəti isə ağır olaraq qalır. O, süni tənəffüs aparatına qoşulub.

Xəsarət almış digər şəxslərin vəziyyəti isə stabildir.

Xəstəxanada keçirilmiş konsilium pasientlərin digər klinikaya köçürülməsinə ehtiyacın olmaması barədə qərar qəbul edib.

Xatırladaq ki, dünən naməlum şəxslər hakim “Gürcü Arzusu” partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndi üzrə majoritar namizədi Ceyhun Çovdarov və onu müşayiət edən 4 nəfərə atəş açıblar. Onların hamısı güllə yarası alıb. Hadisə “Gürcü Arzusu” partiyasının kənddəki qərargahı yaxınlığında baş verib. Gürcüstan DİN faktla bağlı istintaq aparır.(apa)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar