Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Gədəbəydə dəhşətli qətlin TƏFƏRRÜATI : "Atasını öldürəndə anası görüb və..."

Tarix: 23-09-2017 15:21     Baxış: 6336 A- / A+
Gədəbəydə dəhşətli qətlin TƏFƏRRÜATI
“Şöhrət birinci atasını öldürüb”.
Manevr.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Gədəbəy rayonun Qurudərə kənd sakinləri deyib:

“Hadisə saat 4-5 radələrində baş verib. Bu günə kimi Şöhrətlə valideynləri arasında heç bir mübahisə baş verməyib, narazılıqları olmayıb. Münaqişə bir anın içində olub. Və onun nə üstündə yarandığı bəlli deyil. Şöhrət Bakıda yaşayır. Harada qeydiyyatda olduğunu da bilmirik. Bir ay olardı ki, kəndə qonaq gəlmişdi. Atası həmişə oğlundan razılıq edib. Şöhrət heç bir yerdə işləmir, alverlə məşğul olurdu. Bir ara Rusiyada yaşayıb. Şöhrətin valideynləri nəvələri ilə qalırdı. Qızları da tez-tez gəlib gedirdi”.

Sakinlər bildirib ki, Şöhrət anasını həyətdəki ağacın dibində öldürüb:

“Şöhrət atasını həyətdəki dama aparıb və orada bir neçə yerindən bıçaqlayıb. Onun səsinə anası gəlib. Atasının öldüyünə tam əmin olandan sonra düşünüb ki, anası bunu görüb. Hadisənin ört-basdır olunması üçün anasını da öldürmək qərarına gəlib. Axtaranda anasını həyətdəki iri ağacın arxasında tapıb. Elə oradaca anasını da bıçaqlayıb. Onun da öldüyünü biləndə hadisə yerindən qaçıb”.

Qeyd edək ki, Gədəbəydə qətl hadisəsi baş verib. Rayonun Qurudərə kənd sakini 55 yaşlı Şöhrət Məsimov ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar