Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rus deputatın haker oğlu daha bir cinayətini etiraf etdi

Tarix: 12-09-2017 09:54     Baxış: 5219 A- / A+
Rus deputatın haker oğlu daha bir cinayətini etiraf etdi


Rusiya Dövlət Dumasının Liberal Demokrat partiyasından olan deputatı Valeri Seleznyovun oğlu, ABŞ-da 27 il müddətinə azadlıqdan məhrum edilmiş Roman Seleznyov yeni cinayətlərini etiraf edib.

Manevr.az bildirir ki, bu barədə ABŞ-ın Corciya ştatının prokurorluğu açıqlama yayıb.

Bildirilir ki, Seleznyov 2008-ci ildə banklara elektron ödənişlər üçün onlayn xidmətlər göstərən "RBS Worldpay" şirkətinin sistemini sındırmaq barədə təklif aldığını etiraf edib. Bundan sonra kiberhücumda iştirak edərək, 2 milyon dollardan çox vəsaitin nağdlaşdırılmasında iştirak edib.

Prokuror Con Horn Seleznyovun bu cinayətdə ortağı olmuş şəxslərin dünyanın harasında olmasından asılı olmayaraq, tapılaraq məsuliyyətə cəlb ediləcəyini bəyan edib.

Qeyd edək ki, rusiyalı haker 3 milyona yaxın kredit kartının nömrələrini oğurlayaraq ümumilikdə ABŞ-a 170 milyon dollar zərər vurub. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi R. Seleznyovun "Track2" niki ilə fəaliyyət göstərdiyini və ABŞ-ın müxtəlif dövlət idarələrinin, o cümlədən Finiks zooparkının saytlarını "sındırdığını" açıqlayıb. O, həmin saytlardan kredit kartları barədə məlumatları oğurlayaraq daha sonra satırmış. R.Seleznyovun axtarışına 2011-ci ildən başlanıb. Həmin il o, 140 min kredit kartının məlumatlarını ələ keçirib və onların satışından 2 milyon dollar qazanıb.

R.Seleznyov 2014-cü ilin iyulunda istirahət etdiyi Maldiv adalarında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və bu il məhkəmənin hökmü ilə 27 il müddətinə azadlıqdan məhrum edilib.lent.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar