Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Başsız cəsəd Azərsu-nun stansiyasına necə düşüb : Dəhşətli təfərrüatlar

Tarix: 07-09-2017 11:55     Baxış: 7257 A- / A+
Başsız cəsəd Azərsu-nun stansiyasına necə düşüb


Hövsanda tapılmış və hissələrə parçalanmış naməlum kişi cəsədi barədə təfərrüatlar məlum olub.
Hissələrə bölünmüş cəsədi sentyabrın 5-də Azərsu ASC-nin Hövsan Aerasiya Stansiyasının kollektoru yaxınlığından tapılmış gənc kişinin odlu silahla qətlə yetirildiyi məlum olub. Bu barədə Sputnik Azərbaycan- a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qətlə yetirilmiş şəxsin cəsədinin bel, sinə, qarın və bud hissəsindən dörd güllə yarası aşkarlanıb. Atəş yaxın məsafədən açılıb. Silahın növü hələlik müəyyən edilməyib və gilizlər tapılmayıb. Ekspertlərin fikrincə, qətl iki gün əvvəl törədilib.
Cəsəddən xilas olmaq və cinayətin izlərini itirmək üçün qatil qurbanının başını və aşağı ətraflarını bədənindən ayırmaqla onu hissələrə bölüb.
Həftənin ikinci günü axşam saatlarında Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində öldürülmüş şəxsin ayaqlarının bud hissəsi tapılıb. Hazırda cəsədin qalıqlarının axtarışı davam etdirilir. Öldürülmüş adamın şəxsiyyəti hələlik məlum deyil. Prokurorluğun əməliyyat-istintaq qrupu və Suraxını rayon Polis İdarəsi axtarışları davam etdirir.
Mütəxəssislərin fikrincə, qətl şəhər kənarında insanların olmadığı yerdə törədilib. Ehtimal var ki, qətl Bilgəh qəsəbəsi ərazisində baş verib. Çünki paytaxtın mərkəzi hissəsində baş versəydi, belə hadisə nəzərə çarpmamış olmazdı. Qurbanın cəsədinin qısa müddətdə aşkarlanması bu versiyanı daha inandırıcı edir. Qatil cəsədin hissələrini onun aşkarlandığı yerin yaxınlığındakı təmizlik kollektorunun lyukuna tullayıb.
Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, öz iş təcrübəsi dövründə ilk dəfədir belə halla rastlaşır. “Paytaxtın müxtəlif rayonlarının yeraltı kollektorları yalnız Hövsan Aerasiya Stansiyasına axır və buna görə də qətlə yetirilmiş şəxsin cəsədi yalnız kanalizasiya lyukuna atıla bilər” — deyə o, bildirib.
Eyni zamanda qətlin baş vermə şəraiti barədə müxtəlif fərziyyələr irəli sürülüb. Əvvəlcə qatil qaçmağa cəhd edən qurbanını belindən vurub. Sonra o, yaralı kişinin sinəsinə və qarnına atəş açıb. Qətlin ardından cəsəd başqa yerə aparılıb və hissələrə bölünüb.
İstintaq orqanları ümid edir ki, kişinin şəxsiyyəti yaxın günlərdə, polisə itkin düşmüş şəxslərlə bağlı müraciətlər daxil olandan sonra müəyyən ediləcək.
Bakı şəhər prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi qətl hadisəsi ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda bildirilir ki, məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə naməlum meyitin şəxsiyyətinin və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar