Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Əmisi qızını öldürən şəxs məhkəməyə müraciət edib - Bakıda

Tarix: 10-09-2016 17:31     Baxış: 3244 A- / A+
Əmisi qızını öldürən şəxs məhkəməyə müraciət edib


Bakıda moteldə sevgilisi olan qohumunu öldürməkdə təqsirləndirilən Asif Ağamalıyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas sentyabrın 14-nə təyin edilib.

İşə hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2014-cü il noyabrın 20-də baş verib. Kürdəmir rayon sakini, 35 yaşlı Afaq Şükürova ərini və iki uşağını ataraq əmisi oğlu A.Ağamalıyevə qoşularaq Bakıya qaçıb. Sevgili olan qohumlar Binəqədi şossesində yerləşən “Vulkan” motelində qalıblar. Daha sonra A.Ağamalıyev A.Şükürovanın motelin hamam otağından asılmış meyitini tapıb. Əvvəlcə qadının intihar etməsi barədə şübhələr yaransa da, onun əmisi oğlu tərəfindən öldürüldüyü sübuta yetirilib.

A.Ağamalıyev Cinayət Məcəlləsinin 29, 149.1-ci (zorlamaya cəhd, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya cəhd) və 120.2.6-cı (qəsdən adam öldürmə, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Ağamalıyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar