Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Keçmiş arvadını öldürən sabiq polis yenidən MƏHKƏMƏ QARŞISINDA - FOTOLAR

Tarix: 02-09-2017 13:28     Baxış: 3624 A- / A+
Keçmiş arvadını öldürən sabiq polis yenidən MƏHKƏMƏ QARŞISINDA


Keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı Samir Əliyevin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başlayıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb. Məhkəmə baxışı sentyabrın 14-ə təyin edilib.

Qeyd edək ki, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl - iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub. S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 10 ilini ciddi rejimli qapalı müəssisədə çəkəcək.

Onu da qeyd edək ki, istintaq zamanı Nəsimi rayon Məhkəməsində Samir Əliyev həbs qətimkan tədbiri uzadılan zaman məhkəmə zalında özünü yandırmağa cəhd edib.

Keçmiş arvadını öldürən sabiq polis yenidən MƏHKƏMƏ QARŞISINDA
Keçmiş arvadını öldürən sabiq polis yenidən MƏHKƏMƏ QARŞISINDA
Keçmiş arvadını öldürən sabiq polis yenidən MƏHKƏMƏ QARŞISINDA


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar