Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

MEYİTİNİ 5 YAŞLI QIZI TAPDI - Toyda əri ilə dalaşan qadının DƏHŞƏTLİ SONU

Tarix: 01-09-2017 13:59     Baxış: 3292 A- / A+
 MEYİTİNİ 5 YAŞLI QIZI TAPDI


Dünən Salyan rayonunun Xıdırlı kəndində 31 yaşlı qadının özünü asaraq intihar etməsi hadisəsinin təfərrüatı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, anasının evinin hamam otağında özünü asaraq həyatına son qoyan Göyüşova Kəmalə İkram qızı ailəli olub və 5 yaşlı qızı varmış. Xıdırlı kənd Ərazi Nümayəndəliyində xadimə işləyən qadının ailəsində həyat yoldaşı ilə tez-tez münaqişələr baş verirmiş. Əri onu döydüyü üçün təxminən 10 gün əvvəl Kəmalə Göyüşova 102-yə zəng edərək polisdən kömək də istəyib. Daha sonra isə o, anasının evinə qayıdıb.

Dünən isə kənd sakinlərindən birinin həyətində keçirilən toy mərasimində Kəmalə əri ilə rastlaşıb və orada onlar arasında münaqişə baş verib. Həyat yoldaşının insanların arasında onu təhqir etməsinə dözməyən qadın daha sonra evə gələrək özünü asıb. Onun meyitini 5 yaşlı qızı aşkarlayıb.

Qeyd edək ki, intihar edən qadının həyat yoldaşı Bakıdakı ixtisaslaşmış zavodlardan birində çalışır.

Faktla bağlı Salyan rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar