Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Əri tərəfindən butulka ilə zorlanan, 500 manata satılan qadının “əri” “Təzadlar”a danışdı

Tarix: 14-08-2017 12:38     Baxış: 3407 A- / A+
Əri tərəfindən butulka ilə zorlanan, 500 manata satılan qadının


Ceyhun Mehrəliyev: “Bu qadın tamamilə ağ yalan danışır və mənə böhtan atmaqla əsil həqiqəti gizlədir…”
“Onun qardaşının video müsahibəsi var, sizə təqdim edəcəyik, görün bacısı haqqında nələri danışır…”

Bu günlərdə elektron KİV-lərdə “Təmiz Dünya” ictimai birliyinin sığınacağına pənah aparmış bir qadının başına gələn dəhşətli hadisələr barədə hamını şoka salacaq məlumatlar və qadının özünün müsahibəsi yayımlanmışdı. Yalnız dəhşətli filmlərdə rast gəlinə biləcək və dilə gətirilməsi belə mümkün olmayan hadisələrin təfsilatı ilə danışılması, əri tərəfindən əvvəlcə butulka ilə zorlanıb sonra yad kişilərə 500 manata satılması və s. kimi iyrənc nağılvari detallar gerçəkdən narahatlıq doğururdu. Necə yəni əri tərəfindən butulka ilə zorlanıb??? Əgər əridirsə, daha burda nə zorlama cinayəti var? Yaxud, ərindən uşağı da varsa, doğrudanmı bu ər, oxuculardan min dəfə üzr istəyirik, onu zorlamağa başqa “predmet” tapa bilmirdi ki?!
Və bu kimi çoxsaylı suallar oxucuda istər-istəməz bu işgəncələrin təsirindən axıdılan göz yaşlarının şübhəli olması təəssüratını yaratmaya bilməzdi. Amma… Media nümayəndələrinə gəlincə, 6 illik işgəncə altında yaşadığını, hətta girov saxlanıldığını deyən bu qadından həvəslə müsahibə alarkən doğrudanmı düşünmürdülər ki, axı bunlar həqiqətdirsə, niyə vaxtında hüquq mühafizə orqanlarına şikayət edilməyib? Axı onun “əri” tərəfindən bu gün “Təzadlar”a göndərilmiş şəkillərindən də açıq görünür ki, zərərçəkən-işgəncələrə məruz qalan, butulka ilə zorlanan, başqa kişilərə satılan, “lapatka”nın sapı ilə döyülən bu qadın restoran və kafelərdə gəzir, kefi istəyən formada-pozalarla şəkil çəkdirir, əlində, hətta bu sətirlərin müəllifinin belə istifadəsində olmayan mobil telefonu vardır… Və o, dərhal DİN-nin 102 xidmətinə zəng edə bilərdi. Amma etməyib. Niyə etməyib? Bax məsələ də bundadır… Halbuki belə bir müsahibə və açıqlamaların ictimailəşməsi nə qədər uşaq və gəncin beynini zəhərləyib pis və yalnış addımlar atmasına itələmiş olur… Bunun fərqində olmaq lazımdır. Biz axı, cəmiyyətə nəyi təbliğ edirik: butulka ilə zorlamanı, əri tərəfindən 500 manata yad kişilərə satılmanı, 8 yaşında oğlanın zorlanmasını, 4 yaşında qız uşağının zorlanaraq ölümünə bais olunmanı??? Adam bəzi media nümayəndələrinin yerinə xəcalət çəkir. Çünki qeyri-peşəkarlıq cəmiyyəti onların naşı məlumatları ilə gerizehinliyə çəkib aparır…
***
Nə isə… Biz “Təzadlar” olaraq bu hadisələri dərindən izlədik. Düşünürdük ki, həmin media nümayəndələri arvadını butulka ilə zorlayan əri də tapacaqlar, dindirəcəklər, amma bunlar baş vermədi. Bəs qarşı tərəfin mövqeyi niyə dinlənilmədi? Bu lazım deyildimi? Bəlkə bu daha şok xəbər başlığı olacaqdı! Olmadı. Amma biz arayıb-axtarıb həmin ailəni tapdıq. Söhbət adı öz arvadını butulka ilə zorlamada çəkilən Ceyhun Mehrəliyevdən gedir. Bəs mediada tirajlanan bu hadisənin əsil mahiyyəti necədir? Bəs Azərbaycanda ailə institutunun dağıdılmasına hesablanmış belə zərərli məlumat-xəbərlərin “baş qəhrəmanı” olan xanımın ittiham etdiyi “ər” kimdir, bu nə “qəhrəmanlıqdır”??? Ceyhun hər şeyi olduğu kimi izahlamağa söz verdi:
-Biz ailə olaraq şokdayıq ki, bu nədir başımıza gətirilir? Yaxşı bu qadının ağlı çaşıb, danışır, özünə bəraət qazandırmağa səy göstərir… Bəs onu danışdıran media işçiləri niyə hadisənin fərqində deyillər? Ən azı bizi dindirsəydilər, görərdilər ki, bu qadının danışdıqları detektiv filmlərin quraşdırılmış səhnəcikləridir, senarini quran da özüdür, filmi çəkən də…

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar