Xəbər lenti
Prokuror müstəntiqə 10 il cəza istədi - Rüfət Səfərovun məhkəməsi

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab Rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Rüfət Səfərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Rüfət Səfərovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq hərəkətləri aparılıb.
Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.
Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar