Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
BÜTÜN XƏBƏRLƏR

Hacıqabulda ATIŞMA: 5 ölü, 1 yaralı - YENİLƏNDİ

Tarix: 31-07-2017 09:41     Baxış: 4682 A- / A+
Hacıqabulda ATIŞMA: 5 ölü, 1 yaralı


Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb.
Apa-nın Mil-Muğan bürosunun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.
Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib. Digər məlumata görə, M. Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.
Ailə üzvlərindən biri - Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
***
07:44
Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb.
Apa-nın Mil-Muğan bürosunun məlumatına görə, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.
Hadisəni törədən şəxs polis tərəfindən zərərsizləşdirilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Сinayətin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
***
06:23
Hacıqabulda naməlum şəxslər yaşayış evinə silahlı basqın edib.
Apa-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bayram İbrahimov küçəsində qeydə alınıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində Hacıqabul şəhər sakini, 1958-ci il təvəllüdlü Qəmbərova Almara ölüb, Qəmbərov Məhəmməd yaralanıb. İnsident nəticəsində ölənlərin sayının artması ehtimal edilir. Hadisəni törədən şəxsin polis tərəfindən güllələnərək öldürüldüyü bildirilir. İnsidentin təfərrüatları müəyyənləşdirilir.
Hadisəni törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar