Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
26-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda 8 yaşlı oğlanı zorlamaq istəyən 45 yaşlı manyakın görüntüləri yayıldı FOTO

Tarix: 25-07-2017 08:51     Baxış: 3391 A- / A+
Bakıda 8 yaşlı oğlanı zorlamaq istəyən 45 yaşlı manyakın görüntüləri yayıldı


Bakıda 45 yaşlı kişinin 8 yaşlı oğlanı zorladığı iddia olunur. Femida.az xəbər verir ki, hadisə iyulun 21-də saat 20 radələrində Xətai rayonu, Mehmandarov küçəsində baş verib.
Hadisənin birbaşa şahidi olan mərhum xalq şairi Söhrab Tahirin oğlu, Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahirli təfərrüatı danışıb. O qeyd edib ki, hadisə günü avtomobilini təmir etdirmək üçün həmin əraziyə yollanıb. Bu zaman usta ona arxa tərəfdən səs gəldiyini deyib: “Arxa tərəfə keçəndə baxdım ki, bir kişi şalvarını aşağı çəkib. Həmin vaxt telefonun kamerasını işə saldım ki, sübutum olsun. Həmin adam məni görən kimi qaçmağa başladı. Gördüm ki, balaca bir uşaq da ayağa durdu. Məni görən kimi ağlamağa başladı. Qaçan adamı təqib etməyə başladım. Xeyli qaçandan sonra aradan çıxdı. Uşaq da ağlaya-ağlaya arxamca qaçırdı. Adamı tuta bilmədim.”
Tahir Tahirli uşağın oraya necə gəldiyi barədə də açıqlama verib. Onun sözlərinə görə, uşağın anası Bakıda yerləşən restoranların birində qabyuyan işləyirmiş: “Xeyli qaçandan sonra ayaq saxladım. Uşağı sakitləşdirdim, su alıb verdim. Uşaqdan bura necə gəldiyini soruşdum. Cavabında bildirdi ki, anası restoranda işləyir. Anası ilə görüşdük. O, restoranda işlədiyindən uşağı qoymağa yer olmadığı üçün hər gün özüylə işə gətirdiyini dedi. Həmin adam uşağı oğurlayıb, gəzmək adıyla aparıbmış.

Bakıda 8 yaşlı oğlanı zorlamaq istəyən 45 yaşlı manyakın görüntüləri yayıldı


Uşağa qarşı cinsi zor tətbiq etməkdə şübhəli bilinən şəxsin adı da artıq məlumdur. Tahir Tahirlinin sözlərinə görə, hadisəylə bağlı dərhal polis əməkdaşlarına məlumat verib. Hadisəni törədən şəxs isə Sabirabad rayon sakini, 45 yaşlı Rauf adlı şəxsdir: Məlumat verdikdən sonra Xətai rayon Çevik Polis Alayının əməkdaşları dərhal əraziyə gəldi. Baş leytenant İlqar Sadıqov və çavuş Hafiz Məmmədovun və digərlərinin iştirakı ilə həmin şəxsin axtarışına başlanıldı. Polislərin əməyi sayəsində gecə onu tutdular. Həmin adamı bölməyə gətirdilər… Bölmədə uşağa qarşı təcavüz etmədiyini deyirdi”.
Daxili İşlər Nazirliyindən də bildirilib ki, Bakıda azyaşlı oğlanı zorlamağa cəhd edən manyak saxlanılıb.

Bakıda 8 yaşlı oğlanı zorlamaq istəyən 45 yaşlı manyakın görüntüləri yayıldı


Nazirliyin Mətbuat xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev “Qafqazinfo”ya açıqlamasında deyib ki, hadisə iyulun 21-də axşam saatlarında Xətai rayonunda baş verib.
Rayonların birindən Bakıya işləməyə gələn şəxs 2009-cu il təvəllüdlü oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Hadisəni törədən şəxs Əlahiddə Çevik Polis Alayının və Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.(cebhe.info)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar