Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qadın ərini öldürüb tövlədə basdırdı - sümükləri tapıldı

Tarix: 24-07-2017 18:12     Baxış: 4500 A- / A+
Azərbaycanda qadın ərini öldürüb tövlədə basdırdı


Kişi 4 il öncə yoxa çıxmışdı

Azərbaycanda dörd il öncə itən kişinin öldürüldüyü üzə çıxıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycanda itkin düşmüş şəxs kimi 2013-cü ilin yanvarın 26-dan axtarışda olan Göygöl rayon Qırıxlı kənd sakini İlham Qəhrəmanovun qətlə yetirildiyini müəyyən edilib.

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) rəhbərliyinin xüsusi nəzarəti altında həyata keçirilən əməliyyat nəticəsində İ.Qəhrəmanovun 2013-cü ildə həyat yoldaşı, Göygöl rayon sakini Aynurə Qəhrəmanova tərəfindən ailə münaqişəsi zəminində qətlə yetirildiyi və həyətdəki tövlədə basdırıldığı müəyyən edilib.

Göygl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən A.Qəhrəmanova saxlanılaraq istintaqa təqdim edilib və o, ifadəsi zamanı həyat yoldaşını qətlə yetirəndən sonra həyətdəki yardımçı tikilidə basdırdığını etiraf edib.

Yaradılan əməliyyat-istintaq qrupu tərəfindən yardımçı tikilidə də qazıntı işləri aparılıb və mərhumun meyitinin qalıqları ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.

Göygöl RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Qarabağ məhəlləsində yerləşən gölün kənarında qeyri-aşkar şəraitdə rayon sakini Avtandil Əliyevin qətlə yetirməkdə şübhəli bilinən şəxslər də saxlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyevi qətlə yetirməkdə şübhəli bilinən Göygöl rayon sakinləri əvvəllər məhkum olunmuş Seymur Əhmədov və qohumu Röyal Mamaedov tutularaq istintaqa təqdim edilib.

Saxlanılan şəxslər ifadələri zamanı A.Əliyevlə birlikdə gölün kənarında spirtli içki qəbul edəndən sonra aralarında yaranan mübahisə zamanı onu döyərək qətlə yetirdiklərini bildiriblər.

Qeyd edilən hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.(İstiPres)

Azərbaycanda qadın ərini öldürüb tövlədə basdırdı
Azərbaycanda qadın ərini öldürüb tövlədə basdırdı


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar