Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
26-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ağdaş sakini Bakıda arvadını başqa kişi ilə tutdu... – TÜKÜRPƏDƏN TƏFƏRRÜAT

Tarix: 20-07-2017 21:39     Baxış: 41 983 A- / A+
Ağdaş sakini Bakıda arvadını başqa kişi ilə tutdu...


Həyat yoldaşını qətlə yetirməkdə günahlandırılan Əkbər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Manevr.az
publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Müşfiq İbrahimli ifadə verib.
O, deyib ki, yoldan keçərkən bir kişinin qadını bıçaqladığını görüb. Həmin şəxs qadını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.
Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib.
Çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında arvadını xüsusi amansızlıqla, əzab verərək öldürən Əkbər Quliyevə cəza istəyib. Dövlət ittihamçısı Əkbər Quliyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini təb edib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
Növbəti proses iyulun 27-nə təyin edilib.
İttihama görə, qətl bu il martın 24-də Yasamal rayonu “Qanlıgöl” ətrafında baş verib. Həmin ərazidə kirayədə yaşayan 43 yaşlı Ələkbər Quliyev qısqanclıq zəminində 42 yaşlı həyat yoldaşı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib.
10-dan çox bıçaq zərbəsi alan Firuzə Quliyeva hadisə yerində keçinib. Cinayəti törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Ələkbər Quliyev könüllü polisə gələrək, təslim olub.
İlkin dindirmələr zamanı təqsirləndirilən şəxs həyat yoldaşını yad kişi ilə gördüyünü deyib. Səbəbini soruşduqda qadın onun tanışı olduğunu deyərək, ərinə “'işinlə məşğul ol” söyləyib.
Həyat yoldaşının etinazsılığından qəzəblənən Ələkbər Quliyev bıçaqla arvadının bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirməyə başlayıb.
Ələkbər Quliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar