Sizin Reklam Burada
Xəbər lenti
28-04-2026
27-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda gecə klubunda Rövşən Lənkəranskiyə həsr olunmuş mahnı istədi, öldürüldü

Tarix: 18-07-2017 16:28     Baxış: 4318 A- / A+
Bakıda gecə klubunda Rövşən Lənkəranskiyə həsr olunmuş mahnı istədi, öldürüldü


Bakıda gecə klubunda müştərini bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində barda "DJ” işləyən Abdurrahman Almiyaşov dindirilib.

O ifadəsində qeyd edib ki, barda musiqi kəsiləndə bıçaqlanmanın olduğunu bilib: "Mənim bıçaqlanmadan xəbərim sonradan olub. Səs-küy çox idi. Bu vaxt birdən səs kəsildi, onda bildim ki, dava-dalaş olub”.

Hakimin suallarını cavablandıran şahid qətlə yetirilən şəxsin ona oğru aləminə aid mahnı sifariş verdiyini deyib: "Rövşən Lənkəranskiyə həsr olunmuş mahnıydı. Vermədim. Çünki bar rəhbərliyi tərəfindən icazə verilmirdi. Ümumiyyətlə, oğru aləmi ilə bağlı mahnı səsləndirmirdik. Rəhbərlik özü də deyirdi ki, belə məsələ olanda heç mənə zəng edib narahat etməyin. Mən də o mahnını verə bilmədim, rəhmətlik əsəbiləşib dedi: "Bu mahnı çalınacaq”. Dedim, get icazə al, mən də sifarişi yerinə yetirim. Əlində də bakal var idi. Çıxıb getdi. Bir az keçəndən sonra belə hadisə baş verdi”.

İstintaq materiallarından məlum olur ki, mərhum Nurlan Atakişiyev mahnı sifarişi yerinə yetirilmədiyi üçün daha sonra barda işləyən Vüsal İbrahimovla mübahisə edib. Əvvəlcə əlbəyaxa dava olub. Sonra V.İbrahimov Nurlanı bıçaqlayıb.

Məhkəmə prosesi iyulun 27-də davam edəcək.

Qeyd edək ki, hadisə Nizami rayonu, "Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "Arbotaj” gecə klubunda baş verib.

1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.

Xəstəxanaya aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi başladılıb.icmal.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar