Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ata söyüşünə görə qətl törədən idmançı ilə bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB

Tarix: 10-07-2017 17:11     Baxış: 4394 A- / A+
Ata söyüşünə görə qətl törədən idmançı ilə bağlı


Daxili İşlər Nazirliyi Gəncədə baş verən qətllə bağlı məlumat yayıb.
Manevr.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 9-da Kəpəz rayonunun A.Səhhət küçəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Orucovun üzərində zorakılıq əlamətləri olan (döyülmə xarakterli) meyiti tapılıb.
Baş Cinayət Axtarışı İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi, Kəpəz RPİ və Gəncə şəhər Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini Eldəniz Məmmədov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.

****
12:51
"Gəncədə 39 yaşlı kişinin qətlə yetirən idmançının heç bir nailiyyəti olmayıb".
Lent.az-a bu barədə Azərbaycan Kikboks Federasiyasının mətbuat xidmətinin rəhbəri İntizarə Əbilova məlumat verib.

İ. Əbilova qeyd edib ki, Eldəniz Məmmədov 8 il qabaq kikboksla məşğul olub: “Bizim çempionlarla bağlı siyahımız var. Siyahıda bu şəxsin adı yoxdur. Gəncədə olan müəllimlərimizlə də əlaqə saxlamışıq. Belə adda idmançı olmadığını dedilər”.


Kikboks Federasiyasının sözcüsü onu da qeyd edib ki, Eldəniz Məmmədov özü ifadəsində idmançı olduğunu deyib: “Mən məsələ ilə bağlı müstəntiqlə də əlaqə saxladım. Onlar bildirdilər ki, bu şəxs ilkin ifadəsində Azərbaycan çempionu olduğunu deyib. Biz KİV-ə bununla bağlı təkzib göndərəcəyik. Eldəniz Məmmədov adda Azərbaycan çempionu yoxdur”.

***
11:15
Gəncədə 39 yaşlı şəhər sakini Ramin Orucovu qətlə yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb.


Lent.az-ın əldə etdiyi məlumata görə, Kəpəz rayonu ərazisində yerləşən “Sərçə bazarı” adlanan yerdə R. Orucovu ağır zərbələrlə vuran şəxsin 1994-cü il təvəllüdlü Eldəniz Məmmədovun olması müəyyənləşib. Bu səbəbdən də o, saxlanılıb.

Eldəniz Məmmədov səmimi şəkildə törətdiyi əməli etiraf edib. O, bildirib ki, hadisəyə səbəb Ramin Orucovun onun atasını söyməsi olub. Buna qəzəblənən 23 yaşlı gənc Ramin Orucova yumruq-təpik zərbələri vurub.

Ağır bədən xəsarətləri alan R.Orucov hadisə yerindən bir qədər uzaqlaşıb və huşunu itirərək yerə yıxılıb. Onun meyiti səhər saatlarında yerli sakinlər tərəfindən tapılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.


Onu da qeyd edək ki, Eldəniz Məmmədov Kikboks üzrə dəfələrlə Azərbaycan çempionu oub.


********
09 iyul
Bu gün meyiti tapılan 39 yaşlı Gəncə şəhər sakini Orucov Ramin Adil oğlunun qətlə yetirildiyi məlum olub.

APA-nın Qərb bürosunun məlumatına görə, ekspertiza zamanı 1978-ci il təvəllüdlü R. Orucovun başında güclü zərbənin izləri aşkarlanıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.


xxxxx


12:26


Gəncə şəhər sakinin meyiti tapılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında şəhərin Kəpəz rayonu ərazisində yerləşən “Sərçə bazarı” adlanan yerdə meyit aşkarlanıb.

Araşdırma zamanı məlum olun ki, ölən şəxs şəhər sakini 1978-ci il təvəllüdlü Orucov Ramin Adil oğludur. Meyitin üzərində xəsarət izləri olub. Məlumata görə, R. Orucov dünən gecə dostları ilə yeyib içdikdən sonra dalaşıb və müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar