Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Əmisi oğlunun başını kəsdi - Namus üstündə, MƏHKƏMƏ

Tarix: 02-09-2016 13:56     Baxış: 3347 A- / A+
Əmisi oğlunun başını kəsdi


Bu gün Bakı Apelyasiya Məhkəməsində Elşən Nəsirovun barəsində çıxarılan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.


Manevr.az xəbər verir ki, ötən ilin noyabr ayında Elşən Nəsirov əmisi oğlu Elnur Nəsirovu bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra Eləşən Nəsirov Nəsimi Rayon Polis İdarəsinin 25-ci bölməsinə könüllü təslim olub.

Hadisənin namus üstündə baş verdiyi bildirilir. Uzun illərdir ki, Elnur Nəsirovun öz əmisinin qızı ilə ailə həyatı quracağı gözlənilirmiş.

Bu məsələdən hər iki ailənin üzvləri xəbərdar imiş. Lakin sonradan Elnur Nəsirov təhsil aldığı universitetdə birlikdə oxuduğu bir qızla tanış olub.

Elnur Nəsirovun bu hərəkəti əmisi oğlu Elşən Nəsirov tərəfindən etirazla qarşılanıb. Bunun da nəticəsi olaraq, Elşən Nəsirov əmisi oğlunu öldürərək qisas alıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. Öldürülən Elnur Nəsirov Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Nəsirov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elşən Nəsirov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Elşən Nəsirovun şikayəti üzrə qərar elan edilib. Elşən Nəsirovun şikayəti qismən təmin edilib və onun cəzası 10 il 6 aya endirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar