Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda orta məktəbin həyətində gənc oğlan bıçaqlandı -VİDEO

Tarix: 01-07-2017 09:52     Baxış: 3291 A- / A+
Bakıda orta məktəbin həyətində gənc oğlan bıçaqlandı


Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Manevr.az-ın "Report"a istinadən xəbərinə görə, 1990-ci il təvəllüdlü Hüseynov Turxan Rauf oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

O, əvvəlcə həkimlərə yalan məlumat verib və yıxılaraq qarın nahiyəsinə dəmir batdığını deyib. Əməliyyat zamanı növbətçi cərrah Bəhram Zeynalov müəyyən edib ki, o bıçaqlanıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinə məlumat verilib.

T.Hüseynov polislərə ilkin ifadəsində bildirib ki, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən 13 saylı tam orta məktəbin həyətində tanışı ilə mübahisə edib. O, bıçaq xəsarəti alaraq özü xəstəxanaya gəlib.

Cərrah B.Zeynalov bildirib ki, yaralının həyatı üçün təhlükə yoxdur. Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı idarədə araşdırmalara başlanılıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar