Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

MN-in daha bir vəzifəli şəxsi məsuliyyətə cəlb olundu

Tarix: 13-12-2024 12:11     Baxış: 3112 A- / A+


Müdafiə Nazirliyində mənimsəmə faktına görə müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi vəzifəsində işləmiş Cəbrayıl Oruc oğlu Orucov cinayət məsuliyyətinə cəlb olunub.
Manevr.az report-a istinadən xəbər verir ki, onun barəsində açılan cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib.
İş baxılması üçün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun icraatına verilib.
O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinir.
Qeyd edək ki, Cəbrayıl Orucov Müdafiə Nazirliyində ümumilikdə 143 milyon manat mənimsəmədə təqsirləndirilən nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesində şahid qismində ifadə vermişdi.
Ötən müddətdə Cəbrayıl Orucov dövlət büdcəsinə vurulmiş ümumi ziyanın özünə çatan hissəsini ödəməyibdir.
Xatırladaq ki, Müdafiə Nazirliyində 143 milyon manat mənimsəmədə təqsirləndirilən şəxslər hər biri iki il müddətə maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib. Bundan başqa Nizami Məmmədov və Bayram Bayramov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar