Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda dəhşət: Elçinin əllərini kəsdilər - Video

Tarix: 25-06-2017 09:04     Baxış: 5271 A- / A+
Bakıda dəhşət: Elçinin əllərini kəsdilər


Taksi sürücüsü maşınında öldürülüb.

Manevr.az məlumat verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Təbriz küçəsi 57 ünvanında, 4 saylı Şəhər Poliknikasının qarşısında 36 yaşlı Tapdıqov Elçin İdris oğlu ona məxsus 90 SD 055 dövlət qeydiyyat nişanlı, BMV markalı avtomobildə ölümcül bıçaqlanıb.


Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılsa da, yolda dünyasını dəyişib. Elçin Tapdıqovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov Rayon Şöbəsinə göndərilib. Meyit üzərində müayinə zamanı məlum olub ki, o, ayaq nahiyəsindən dərinə nüfuz edən bir neçə bıçaq xəsarəti alıb. Bundan başqa, mərhumun əlləri bıçaqla kəsilib.

Elçin Tapdıqovun qardaşları Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarına onun öz qohumu tərəfindən qətlə yetirildiyini bildiriblər. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin axtarışı davam edir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar