Sizin Reklam Burada
Xəbər lenti
25-09-2025
24-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rüfət Səfərovun həbsinə səbəb olan hadisə - Təfərrüat

Tarix: 05-12-2024 15:32     Baxış: 3240 A- / A+


Torpaq alqı-satqısına dair Rüfət Səfərovla bir nəfər arasında yaranan münaqişənin təfərrüatı məlum olub.
Manevr.az APA-ya istinadla xəbər verir ki, Rüfət Səfərovun atası Eldar Səfərovun mülkiyyətində olan və Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən 11,3 sot torpaq sahəsinin bir hissəsi 2024-cü ilin mart ayında notarial qaydada N.İmanquliyevə 58800 manata satılıb.
Bir müddət sonra torpaq sahəsinin qalan hissəsinin rəsmiləşdirilməsi ilə bağlı tərəflər arasında anlaşılmazlıq yaranıb. Vətəndaşın iddiasına görə, Rüfət Səfərov pul vəsaitinin bölünməsinin ailədaxili narazılığa səbəb olduğunu, atası E.Səfərovu qalan torpaq sahəsini satmağa razı saldığını N.İmamquliyevə deyib.
Bir neçə gün sonra notarial qaydada alqı-satqını rəsmiləşdirəcəklərinə dair vəd verib 60.000 manat məbləğində pul vəsaitini ələ keçirib.
Dekabrın 3-də Binəqədi rayonunda R.Səfərovla yaşadığı binanın avtodayanacağında görüşən N.İmanquliyev 60.000 manat pulunu geri qaytarmasını ondan tələb etdikdə münaqişə yaratmaqla ona xəsarət yetirib.
Zərərçəkmiş N.İmamquliyevin müraciəti əsasında faktla bağlı Polis İdarəsində başlanan cinayət işi üzrə R.Səfərov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar