Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Tarix: 03-12-2024 21:33     Baxış: 3133 A- / A+
Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdıNoyabrın 28-i günorta saatlarında təcili yardım maşını yaralı 17 yaşlı qızı İrkutsk xəstəxanasının reanimasiya şöbəsinə çatdırıb. Məktəbli qızın bədənində sağ yeri olmayıb.

Tezliklə həkimlər qol və ayaqların çoxsaylı sınıqları diaqnozu qoyublar. Belə təsəvvür yaranıb ki, o, avtomobil qəzasında və ya buzda sürüşərkən belə xəsarətlər ala bilərdi. Amma dəhşətli həqiqət xəstəxanaya yerləşdirildikdən ertəsi gün üzə çıxıb. Məlum olub ki, yeniyetməni bu vəziyyətə öz atası gətirib. Kişi qızını döyüb, sonra onu dördüncü mərtəbənin pəncərəsindən atıb.

Xatırladaq ki, bədbəxtlik bir müddət əvvəl başqa ölkədən İrkutska köçmüş böyük bir ailədə baş verib. Cütlük bir neçə uşaq böyüdüb (altı və ya yeddi – dəqiq say göstərilməyib). Ata böyük ailəni təmin etmək üçün inşaatçı işləyib.

Məlum olub ki, noyabrın 28-də ailə başçısı 17 yaşlı qızının görünüşünə qəzəblənib. Onun açıq-saçıq paltarı atasının xoşuna gəlməyib. Daha sonra o, yeniyetməyə yumruqları ilə hücum edib. Bəs qızın anası niyə ona mane olmayıb? Məlum olub ki, qadın həmin vaxt evdə olmayıb, kiçik uşaqları ilə xəstəxanada olub.

Pəncərədən atılan qız xəstəxanaya aparılıb. Özünə gələndə o, müstəntiqlərə atasının onunla heyvancasına davrandığını və öldürməyə çalışdığını danışıb. Məlum olub ki, yeniyetmə artıq reanimasiyadan ümumi palataya köçürülüb. Dekabrın 2-nə olan məlumata görə, məktəblinin vəziyyəti stabil qiymətləndirilir.

İrkutsk vilayətinin İstintaq Komitəsi faktla bağlı "Öldürməyə cəhd" maddəsi ilə cinayət işi açıb. Əcnəbi saxlanılaraq dindirilib. Yeri gəlmişkən, o, günahını etiraf etmir. Məhkəmə iki ay müddətinə həbs qətimkan tədbiri seçib. sonxeber.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar