Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sadıqov məni yanına çağıraraq dedi ki... - Şlyapa Zahid

Tarix: 06-11-2024 21:24     Baxış: 3133 A- / A+

Müdafiə Nazirliyinin sabiq zabiti Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyev vəkili Əli Adıgözəlovun suallarını cavablandırıb.
Təqsirləndirilən şəxsin vəkili ona belə bir sual verib. Vəkil qeyd edib ki, 24 milyon manat bankdan kredit götürülüb, həmin pul Nəcməddin Sadıqov və digər şəxslərlə əlbir olaraq mənimsənilib. O, müvəkkilindən "bu barədə nə deyə bilərsiniz" deyə soruşub. Zahid Niftəliyev isə vəkilin sualına belə cavab verib:
"Kredit alınması ilə bağlı söhbət olmayıb. Burada firma açılması ilə bağlı söhbət olub. Hansısa şərəfsiz, vicdansız kredit almaq adı ilə imzamdan istifadə edib, pulu yeyibsə...".
Bu zaman hakim Novruz Kərimov təqsirləndirilən Zahid Niftəliyevə xəbərdarlıq edib. Deyib ki, bu cür ifadələri işlətmək olmaz. Zahid Niftəliyev isə söyüş söymədiyini deyib. Amma hakim onun nəzərinə çatdırıb ki, "vicdansız", "şərəfsiz" demək də söyüşdür.
Daha sonra vəkilinin suallarını cavablandıran Zahid Niftəliyev bildirib ki, kreditin götürülüb-götürülməməsi ilə bağlı onun xəbəri olmayıb, bu barədə yalnız sabiq vergilər naziri Fazil Məmmədovun ölümündən sonra xəbər tutub:
"Baş Qərargah rəisi məni yanına çağıraraq dedi ki, Fazil bizə humanitar yardım etmək istəyir. Amma orada kredit, pul söhbəti olmayıb. Mən banka gedərək müqaviləyə imza atmışam, amma kredit görməmişəm. Ötən məhkəmə prosesində həmin otaqda kimlərin iştirak etdiyini demişəm".
Zahid Niftəliyev bir daha deyib ki, o heç bir pul görməyib: "Vergilər Nazirliyi məndən hesabat istədi. Mən də Mahir Rəfiyevdən soruşdum ki, bu nə məsələdir. Dedi ki, sənlik deyil, vəssalam. Fazil rəhmətə gedəndən iki ay sonra bankdan mənə zəng vurdular, dedilər ki, kreditin var. Bankın müdiri məni çağırdı. Orada bildim ki, kredit götürülüb, pulu da mənimsənilib. Mənim ömrümdə kreditim olmayıb. Bilirəm ki, sənədlərə imza atanda baxılmalıdır. Mən bilirdim ki, Fazil Məmmədov orduya humanitar yardım etmək istəyib. Demək istəyirəm ki, bu, Fazilin öz işi olub. Mən kim idim ki, mənə o qədər kredit versinlər".
Növbəti proses noyabrın 27-də davam edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar