Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azyaşlı uşaq anası sevgilisi ilə evdən qaçdı: “Başqa kişi ilə...” – Şok təfərrüat

Tarix: 29-10-2024 14:24     Baxış: 370 A- / A+




Xaçmaz rayonunda 1996-cı il təvəllüdlü Rəvan qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Baharı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Manevr.az-ın teleqraf.com-a istinadən verdiyi məlumata görə, hadisə Xaçmaz rayonunun kəndlərindən birində baş verib.
Rəvan kənd ərazisində yerləşən istirahət mərkəzlərindən birində, dördmərtəbəli kotecin arxasında qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Baharın yad kişi ilə ona xəyanət etməsi, 2023-cü ilin avqust ayının əvvəllərində azyaşlı övladı Cəmalə ilə evi tərk etməsi, artıq onu istəməməsi səbəbindən qısqanclıq zəminində yaranmış mübahisə zamanı onu öldürmək qərarına gəlib.
Bu niyyətlə Cəmalənin gözləri qarşısında cib bıçağı ilə arvadına ardıcıl bıçaq zərbələri vurub. Lakin ətrafda olan şəxslərin köməyi ilə Bahar Xaçmaz rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində onun həyatı xilas edilib.
Hadisəni törədən Rəvanın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
“Psixoloji problemləri ilə əlaqəli olduğunu düşündüm”
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 4 avqust 2023-cü ildə anası ona zəng edib və həyat yoldaşı Baharın evdən getdiyini deyib:
“Evdən getməsini psixoloji problemləri ilə əlaqəli olduğunu düşündüm və onu 2-3 gün özüm axtardıqdan sonra polis şöbəsinə müraciət etdim. Bir neçə gün sonra polis şöbəsindən Baharın tapılması ilə bağlı məlumat gəldi. Öyrəndim ki, Bahar uşağı nənəsigilə qoyub qaçmaq istəyəndə evdəkilər onu görüb və getməsinə mane olublar.
Bahar uşağı mənə verdi və ayda 1-2 dəfə görməyə gələcəyini, özünün isə başqa yerdə yaşayacağını dedi. Baharın dayısına zəng edib olanlar barədə ona məlumat verdim. Bahar dayısının evində qalmağa başladı.
Uşağın məndə qalması üçün müvafiq rəsmiləşdirmə işlərini həyata keçirmək məqsədilə Baharla əlaqə saxladım, onun şəxsiyyətini təsdiq edən sənədi istədim. İki gün sonra isə üzbəüz görüşdük. Uşağın məndə qalacağı ilə bağlı qəti razılığa gəldik. Baharın dayısı buna etiraz edəndə uşağın məndə qalacağını, Baharın isə hara istəyirsə, gedə biləcəyini bildirdim.
Yaranmış mübahisə nəticəsində Bahara 4 bıçaq zərbəsi vurdüm. O, yerə yıxıldı, iki bıçaq zərbəsi də yerə yıxılandan sonra vurdum. Ardınca uşağı götürərək hadisə yerindən uzaqlaşdım”.
“Cəzalandırmaq istəmişəm”
Təqsirləndirilən şəxs bildirib ki, hadisə baş verən vaxtı uşaq iki yaşındaymış: “Mən gündəlik istifadə üçün üstümdə mütəmadi bıçaq gəzdirmişəm. Hadisə istirahət mərkəzinin arxa tərəfində baş verdi. Bahar ora gələndə uşağı da özü ilə gətirdi. Lakin mən anasını bıçaqlayanda uşaq onu görməyib.
Baharı bıçaqlamaqda məqsədim onu öldürmək deyildi. Mən bir anlıq əsəbləşdim və özümü idarə bilmədim.Əsəbləşdiyim üçün onu cəzalandırmaq istədim.
Hadisə vaxtı uşaq bizi görə bilməzdi. Çünki üzü bizə tərəfə olmayıb. Zərərçəkmiş şəxslə barışmışam, əməlimdən peşmanam”.
“Yerdə çabaladığını, qışqıraraq kömək çağırdığını gördüm”
Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı danışdığı ifadəsi arasında ziddyyətlər yaranıb. Bu səbəbdən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini açıqlayıb.
Rəvan həmin ifadəsində göstərib ki, Baharın etdiyi haqsızlıq, xəyanət onu bir anlıq özündən çıxarıb: “Bir bəhanə taparaq yanımdan uzaqlaşmağa cəhd göstərirdi. O, Cəmalənin ağladığını bəhanə edərək uşaqla bir yerdə itlərin saxlanıldığı istiqamətdə getmək istədi. Mən əlimlə işarə edib bu tərəfdən getmək lazım olduğunu göstərdim.
Bahar çevrilərək yanımdan keçmək istəyəndə cibimdə daim gəzdirdiyim bıçağı çıxardım, onun sağ boyun, sağ qabırğa və qarın nahiyələrinə 5-6 zərbə vurdum. Bahar yerə yıxıldı. Cəmalə də yanmızda durmuşdu. Aramızda məsafə təxminən 1 metr olardı.
Baharı bıçaqladıqdan sonra onun yerdə çabaladığını, qışqıraraq kömək çağırdığını gördüm. Mən Cəmaləni qucağıma alaraq arxa yolla Xaçmaz-Xudat avtomobil yoluna çıxdım və yaşadığım kəndə doğru getməyə başladım”.
“Dərsini artıq vermişdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, Baharı bıçaqladıqdan sonra hirsi soyuyub: “Məni hirsim özümdən çıxardı və gözüm döndü. Buna görə bıçağın onun bədəninin hansı nahiyələrinə dəyəcəyini əvvəldən planlamadan necə gəldi vurdum. Hadisə zamanı Baharla mənim yanımda Cəmalədən başqa heç kim yox idi. Mən özüm xəsarət almadım.
Bahar uzanaraq çapalamağa, qışqırmağa başladı. Onu yenidən bıçaqla vurmaq niyyətim olmayıb. Yenidən vurmaq istəsəydim, bunu rahatlıqla edə bilərdim. Çünki mənə mane ola biləcək, əl-qolumu tuta biləcək kimsə yox idi. Vurduğum bıçaq zərbələri ilə kifayətləndim və onun dərsini artıq verdiyimi düşündüm. Buna görə də Baharı orada qoyaraq getdim.
Cəmalənin gözləri qarşısında Baharı bıçaqla vurmaqda ona və ya qızıma əzab-işgəncə vermək niyyətim olmayıb. Hadisə günü spirtli içki və ya narkotik vasitə qəbul etməmişəm”.
“Uşağın onda qalacağını dedim”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Baharın sözlərinə görə, Rəvanla aralarında yaranmış problemlərlə əlaqədar bir müddət ayrı yaşamaq istəyiblər: “Biz razılaşdıq ki, uşaq Rəvanda qalsın. Buna görə Rəvan vəkillə müqavilə bağladı, bir neçə dəfə hadisənin baş verdiyi yerdə, yəni istirahət mərkəzinin arxa tərəfində görüşdük. Uşağın Rəvanda qalması ilə bağlı qəti razılığa gəldik.
Sonuncu dəfə dayım mənə dedi ki, həmin yerə bir yerdə gedib uşağın məndə qalmasını istəyək. Mən isə Rəvanın əsəbi olduğunu, sonra görüşməyimizin daha məqbul olacağını dedim. Dayım mənimlə razılaşmadı və həmin yerə birlikdə getdik.
Orda üçümüz söhbət edəndə dayım uşağın 15 gün Rəvanda, 15 gün məndə qalmasını istədi. Rəvanın əsəbiləşdiyini görüb onu kənara çağırdım. Ona əsəbiləşməməyi, dayımla razı olmadığımı, yəni uşağın onda qalacağını dedim. Daha sonra irəli gedərək uşağı götürmək istədim, Rəvan məni bıçaqla vurdu.
Mən yerə yıxıldım, Rəvan məni yenə bıçaqla vurdu. Qışqıraraq kömək istəyəndən sonra Rəvan ordan uzaqlaşdı”.
“Adının hallanmayacağını dedim”

Məhkəmədə zərərçəkmiş Baharın ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olub ki, 2021-ci ilin aprel ayında “İnstagram” sosial şəbəkəsində Nasir adlı şəxslə tanış olub: “Biz mütəmadi “İnstagram” sosial şəbəkəsində dost kimi danışırdıq. Mənə nə isə problemi olsa, deməyimi tapşırdı. O, Yevlax rayonunda yaşayır və taksi fəaliyyəti ilə məşğul olurdu.
Mən Nasirə 2023-cü ilin iyul ayında ərim Rəvanla münasibətlərimin pisləşdiyini, lazım olsa məni Yevlaxa aparıb-apara bilməyəcəyini soruşdum. Nasir məndən bunun necə baş tutacağını soruşdu. Ona Xaçmaz rayonunda taksi xidmətində qeydiyyatdan keçməyini, mənim guya taksi ilə getmiş olacağımı, Nasirin adının heç bir yerdə hallanmayacağını dedim. O da mənimlə razılaşdı”.
Bahar qeyd edib ki, növbəti günlərdə Nasirdən onu Bakı şəhərinə apara bilib-bilməyəcəyini soruşub:
“Nasir Bakı şəhərində ev tutaraq qalmağa imkanı çatmadığını, Yevlax rayonuna getməyin daha rahat olacağını dedi. Onunla razılaşdım. Saat 11:00-da qızım Cəmaləni götürərək evi tərk etdim. Nasir artıq “Vaz 2106” markalı avtomobil ilə Xaçmaz rayonunun kəndində idi.
Birlikdə Yevlax rayonuna yola düşdük. Mən yolda Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Rəvanla qeyri-rəsmi ər-arvad münasibətində olduğumu, Rəvanla dayım Elşənin məni hədələdiklərini, artıq onlara tab gətirməyərək evi tərk etdiyimi, heç kəsin məni axtarmamağını dedim”.
“Ərim Nasirə zəng vurdu”
Zərərçəkmiş qeyd edib ki, daha sonra istifadəsində olan hazırda xatırlamadığı nömrəni telefondan çıxarıb və qayçı ilə kəsib, sonra isə telefonda olan hər şeyi silərək söndürüb:
“Biz həmin gün saat 18:00-da Yevlax rayonuna çatdıq. Nasir Yevlax şəhərində kirayə yaşamağım üçün 1 otaqlı ev tapdı. Daha sonra Nasirlə telefonumu və Cəmalənin qızıl sırğasını sataraq 110 manat əldə etdik. Həmin pulla özümə və Cəmaləyə paltarlar aldım.
Səhəri gün tanışım Bəhlul mənə zəng etdi. O mənim bacımgilin yanına getmək istədiyini dedi. Onun başqa birinin telefon nömrəsi ilə zəng etdiyini gördüm və onunla mübahisə etdim. Biz sağollaşdıq”.
Baharın sözlərinə görə, növbəti gün əri Rəvan Nasirə zəng edib: “Rəvan Nasirə məni və Cəmaləni onun götürdüyünü dedi. Nasir isə taksi xidmətində işlədiyini, məni və qızımı Xaçmaz şəhərində olan dairəyə kimi gətirdiyini, sonrasından məlumatı olmadığını dedi.
Rəvan isə Nasirə inanmadığını, polislərə bu barədə məlumat verdiyini söylədi. Mən Nasirə problem yaranmaması üçün Xaçmaz rayonuna qayıdacağımı bildirdim. Nasir Xaçmaz rayonuna qayıtmağım üçün mənə 40 manat pul verdi”.
“Uşağa növbəli şəkildə baxmağa başladıq”
Bahar qeyd edib ki, gecə saat 02:00-da avtobusla Bakı şəhərinə gedib, ordan isə avtobusla Xudat şəhərinə yollanıb:
“Oradan da Xaçmaz rayonunun kəndində yerləşən nənəmgilin evinə gəldim. Bibim Xalidə polislərə mənim evə gəlməyimlə bağlı məlumat verdilər.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşı məni və Cəmaləni şöbəyə apardı. Orada baş vermiş hadisə ilə bağlı ərizə verdim və dayım Elşənlə onun evinə getdim. Sonra Cəmaləni Rəvan götürdü. Bir neçə gün Cəmalə Rəvangildə qaldı. Daha sonra Cəmaləni mən götürdüm. Beləliklə, biz Cəmaləyə növbəli şəkildə baxmağa başladıq”.
“Birlikdə çay içdik”
Baharın ifadəsinə görə, günorta saatlarında dayısı Elşən Rəvana zəng edib və Cəmaləni bir günlük götürmək istədiyini deyib: “Rəvan da razılaşdı. Biz birlikdə Rəvanın yaşadığı evə getdik. Eltim Səbinə Cəmaləni bizə verdi. Söhbət zamanı uşağı növbəti gün səhər saatlarında təhvil verəcəyimizə dair razılaşdıq.
Sabahı gün saat 07:00-da Rəvan Elşənə zəng edərək Cəmaləni gətirməyini istədi. Dayım Cəmalənin hələ yatdığını, özünün də Xudat şəhərində işləri olduğunu, işini bitirdikdən sonra uşağı gətirərək verəcəyini dedi. Həmin gün axşamüstü istirahət mərkəzində görüşməyi qərarlaşdırdıq.
Rəvan həmin vaxt dayım Elşənə mənimlə barışmaq və uşağın kimdə necə qalması məsələsini danışacağını dedi. Biz Cəmalə ilə birlikdə dayımın yoldaşı Gülarəyə yemək vermək üçün Quba Rayın Mərkəzi Xəstəxanasına getdik. Oradan da istirahət mərkəzinə yollandıq. Saat 19:00-da oraya çatdıq, dördümüz restoranın kölgəsində oturaraq çay içdik.
Söhbət zamanı dayım Elşən Rəvana şərt qoyaraq Cəmalənin ayın 15 günü bizdə, digər 15 günü isə onda qalacağını dedi. Rəvan Elşənin sözləri ilə razılaşmadı”.
“Sözlərinə güldüm”
Bahar qeyd edib ki, daha sonra Rəvana kənarda öz aralarında söhbət etmək istədiyini deyib: “Biz Cəmalə ilə birlikdə pilləkənlərlə qalxaraq 4 mərtəbəli kotecin arxası tərəfə gəldik. Bizim getdiyimiz yer sakit, gözdən uzaq və dayım Elşənin görməyəcəyi yer idi. Kottecin arxasına gəldikdən sonra Rəvan mənə “sən kimə güvənirsən, sənin arxanda kim var? Sənin əxlaqsızlığınla bağlı qanuni qaydada müraciət etsəm, uşaq birdəfəlik məndə qalacaq. Gəl öz aramızda məsələni həll edək və məni istəmirsənsə, uşağı qoy çıx get" dedi.
Mən Rəvanın sözlərinə güldüm. Başqa kişi ilə Rəvana xəyanət etmədiyimi dedim. Həmin an Rəvan əlimi tutdu. Ona dedim ki, əlini çək...”
“Məni dəfələrlə öldürməklə hədələyib”
Bahar bildirib ki, daha sonra Cəmalə orada it görüb, ağlamağa başlayıb: “Mən uşağı götürüb getmək istədim. Bu zaman Rəvan boğaz nahiyəmdən bıçaqla zərbə endirdi. Ona tərəf çevriləndə qarın nahiyəmdən də bıçaqlai vurdu. Zərbənin gücündən yerə yıxıldım. Mən yerdə olanda da bıçaqlamağa davam etdi. Cəmalə ağladı, mən isə qışqıraraq köməyə adam çağırdım. Lakin səsimi eşidən olmadı. Daha sonra hərəkətsiz qaldım.
Rəvanın mənim özümdən getdiyimi düşünərək bıçaqlamağı dayandıracağını düşündüm. Buna görə hərəkətsiz yerdə uzandım. Buna baxmayaraq Rəvan məni bıçaqlamağa davam etdi. Sonra Cəmaləni də götürərək oranı tərk etdi. Bütün bədənimin qan içində olduğunu gördüm və ayağa duraraq sanitar qovşağına tərəf getdim. Orada halım daha da pisləşdi, yerə yıxıldım. Adamlar yanıma gəldi və mənə kömək etdilər. Rəvan məni dəfələrlə öldürməklə hədələyib”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəvan 11 il 3 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, Rəvan qətl hadisəsi baş verən istirahər mərkəzində bağban işləyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar