Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda elçiliyin sonu ölümlə bitdi

Tarix: 28-10-2024 21:30     Baxış: 366 A- / A+
Azərbaycanda elçiliyin sonu ölümlə bitdiBiləsuvarda məcburi köçkün ailələri üçün salınan şəhərcikdə qətl hadisəsi baş verib.

Əslən Cəbrayılın Böyük Mərcanlı kəndindən olan həmyerlilərin mübahisəsi nəticəsində 44 yaşlı Şahin Şahverdiyev döyülərək qətlə yetirilib.

Ş.Şahverdiyevi qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı Seymur Məmmədquliyevin anası Cəmilə Vəliyevanın sözlərinə görə, Şahin Şahverdiyev qızına elçi göndərib "yox" cavabı alandan sonra ailəyə qarşı nalayiq hərəkətlər edib və nəticədə oğlu onu qətlə yetirib:

"Hər gün gəlib sataşırdı, daş atırdı, hətta evə soxulurdu. Oğluma nalayiq mesajlar yazıb, təhqir edirdi. Axşam polislər gələndə bildim ki, bu hadisə baş verib".

Cəbrayıl Rayon Prokurorluğunun məlumatına görə, oktyabrın 27-də saat 20 radələrində Biləsuvar rayonu, 3 saylı qəsəbə ərazisində 1980-ci il təvəllüdlü Şahin Şahverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevin aralarında yaranmış mübahisə zamanı Şahin Şahverdiyevi döyməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Semur Məmmədquliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar