Sizin Reklam Burada
Xəbər lenti
24-08-2025
23-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ana oğlunu öldürən 18 yaşlı gəncdən şikayətçi olmadı – Feysbuk cinayəti

Tarix: 22-06-2017 16:24     Baxış: 4271 A- / A+
Ana oğlunu öldürən 18 yaşlı gəncdən şikayətçi olmadı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində feysbukda bacısına mesaj yazanı öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə ilkin baxış iclası keçirilib.
Prokuror ittiham aktını elan edib.
İttihama görə, hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda “Memar Əcəmi” metrostansiyasının qarşısında baş verib. M.Hüseynovun valideynləri boşanıb. O, atası ilə, 13 yaşlı bacısı isə İmişli rayonunda anası ilə yaşayıb. İmişliyə gedən Mirismayıl Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. O, daha sonra başqa profil açaraq Ələkbərə yazmağa başlayıb. Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbərə yığıb və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb və M.Hüseynov onu bıçaqlayaraq öldürüb.
İttihama münasibət bildirən M.Hüseynov özünü qismən təqsirli bildiyini deyib. O, Ələkbər öldürmək niyyəti olmadığını bildirib: “Söhbət edəcəkdim, amma mübahisə düşdü”.
Mərhum Ə.Muxtarovun anası Ülviyyə Məcidova məhkəmədə ifadə verərək oğlunun dostları ilə görüşmək adıyla evdən çıxdığını deyib: “Bu məsələ barədə heç nə bilməmişəm. Oğlumun öldüyünü polis deyəndə bildim”.
Ü.Məcidova şikayətçi olmadığını deyib: “Şikayət etsəm nə olacaq ki? Hadisədir də olub”.
M.Hüseynov qətlə yetirdiyi 21 yaşlı Ələkbərin anasından üzr istəyib: “Çox peşmanam, belə olmasını istəməzdim”.
Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar