Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş nazirin oğlu öz nənəsini öldürdü - ŞƏKİL

Tarix: 24-10-2024 18:46     Baxış: 364 A- / A+
Keçmiş nazirin oğlu öz nənəsini öldürdü - FOTO
Türkiyənin paytaxtı Ankarada 80 yaşlı nənəsi Leyla Çetineri güllələyərək qətlə yetirən keçmiş nazirlərdən Abdüllatif Şenerin 43 yaşlı oğlu Bedirhan Şenerin 3 ildən çox olmamaq şərti ilə psixiatriya xəstəxanasında müşahidə altında saxlanılmasına qərar verilmişdi. 
Manevr.az manşet.az-a istinadən xəbər verir ki, Güvenevler rayonunda yaşayan və psixoloji problemləri olduğu iddia edilən Bedirhan Şener iyulun 31-də nənəsi Leyla Çetineri silah ilə qətlə yetirib. Hadisə yerinə gələn polis qrupları Bedirhan Şeneri saxlayıb. Polis bölməsində mühakimə olunduqdan sonra Şener ədliyyəyə göndərilib. O, məhkəmə nəzarətinə və beynəlxalq səyahət qadağasına məruz qalıb. Əqli cəhətdən qeyri-sabit olduğu bildirilən və həbsxanada məhkəmə tibb həkimi tərəfindən müayinə edilən Bedirhan Şener avqustun 1-də Bilkent Şəhər Xəstəxanası Yüksək Təhlükəsizlik Ədli Psixiatriya Xəstəxanasına köçürülərək nəzarətə götürülüb. Bilkent Şəhər Xəstəxanası tərəfindən hazırlanan hesabata görə müşahidə müddəti sonunda Şenerin cinayət məsuliyyətinə təsir edəcək ruhi xəstəlik və ya zəifliyin olmadığı, törətdiyi iddia edilən cinayətin hüquqi mənasını və nəticələrini dərk edə bildiyi bildirilib. Daha sonra avqustun 29-da Sülh Cəza Məhkəməsinə sövq edilən Şener həbs olunaraq həbsxanaya göndərilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar