Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Kirayə pulunu öldürdüyü qadının protez dişlərini sataraq ödədi

Tarix: 16-10-2024 22:46     Baxış: 383 A- / A+
Bakupost.azTovuzda kirayə qaldığı evin sahibi, 1952-ci il təvəllüdlü İntizar Bağırovanı qətlə yetirən şəxslərin məhkəmə prosesi başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Aynaz Alıyeva və həmyaşıd olan sevgilisi Elçin Əliyevə hökm oxunub.

Hökmə əsasən, A.Alıyeva 12 il, qeyri-rəsmi münasibətdə yaşadığı E.Əliyev isə 2 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin mayında baş vermiş cinayət hadisəsinin təfərrüatına gəlincə, Aynazla Elçin 71 yaşlı qadının evində kirayə qalan zaman onun cəmi dəyəri 400 manat olan qızıl üzüklərini və 500 manat məbləğində diş protezini oğurlayıblar.

Qadın bundan xəbər tutan zaman tərəflər arasında mübahisə yaşanıb. Mübahisə zamanı isə Aynaz Alıyeva yaşlı qadını pilləkəndən itələyib, daha sonra ona dəmir parça ilə zərbələr endirib. Bu isə İntizar Bağırovanın ölümünə səbəb olub.

Qeyd edək ki, cinayətdə iştirak edən cütlük qadının diş protezini cəmi 75 manata satmağa müvəffəq olublar ki, bunun da 50 manatını İntizar Bağırovaya kirayə haqqı kimi ödəyiblər. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar