Xəbər lenti
Rusiyada dəhşətli qətlin görüntüləri: Yaşlı kişi gənc sevgilisini öldürərək torbada zibilliyə atıb
Şəhərin Novaya Usman rayonunun Polevaya küçəsində yerləşən hündürmərtəbəli binanın yaxınlığında yerli sakinlər üzərində zorakılıq izləri olan 25 yaşlı qızın cəsədini aşkar ediblər.
Bu barədə Rusiya KİV-i xəbər verib.
Məlumata görə, hadisənin araşdırılması zamanı müstəntiqlər yaxınlıqdakı evlərin müşahidə kameralarını nəzərdən keçiriblər və yaşlı bir kişinin öldürülmüş qızın cəsədi olan çantanı sürüdüyü kadrları ortaya çıxarıblar.
Hadisə ilə bağlı bu görüntülər sosial şəbəkələrdə yayılıb.
Qətli törədən 59 yaşlı kişi tez bir zamanda saxlanılıb və o, günahını etiraf edib.
Qatil müstəntiqlərə bildirib ki, birgə yaşadığı gənc qızla spirtli içki qəbul ediblər və bu zaman aralarında mübahisə düşüb. Mübahisə zamanı kişi mətbəx bıçağını götürərək qızın döş qəfəsinə bir neçə bıçaq zərbəsi vurub. Səhər o, meyiti torbaya yerləşdirib və evin yaxınlığındakı zibil konteynerlərinin yanına qoyub.
Novousmanski Rayon Məhkəməsi qatil barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, o, dekabrın 8-dək istintaq təcridxanasında qalacaq. oxu.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar