Dünən ailəsinin 5 üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı baş tutan məhkəmədə yekun qərar verilib. Məhkəmənin qərarı ilə Əhməd Əhmədov ömürlük ruhi xəstəxanada təkadamlıq kamerada qalacaq. Məhkəmə heyəti onun psixi pozuntusunu nəzərə alaraq, həbsxanaya göndərməyib və birbaşa müalicə müəssisəsində məcburi müalicəsi haqda qərar çıxarıb.
Məsələ ilə əlaqədar cəmiyyəti maraqlandıran əsas sual Əhməd Əhmədovun ailə mülkiyyətinin kimə qalacağı ilə bağlıdır. Faktiki olaraq, onun birinci dərəcəli ailə üzvlərindən heç bir həyatda deyil.
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Əhməd Əhmədovun adından əmlakla bağlı əqdləri onun qəyyumları bağlaya bilər:
"Düşünürəm ki, Əhmədin adına heç bir əmlak yoxdur. İndiki halda, birinci növbətə Əhmədin üzərində fəaliyyət qabiliyyəti olmadığından dolayı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33-cü maddəsinə əsasən, qəyyumluq və himayəçilik təyin olunur. Belə ki, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti olan fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. 28-ci maddəyə görə isə, ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların adından əqdləri, əmlakla bağlı hər hansı bir hərəkətləri onların qəyyumları bağlaya bilər".
Hüquqşünas qeyd edib ki, Əhməd Əhmədov fəaliyyət qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, miras əmlakını qəbul edə bilər:
"Qeyd edim ki, burada faktiki olaraq, Əhmədin valideynləri dünyasını dəyişdiyinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1244-cü maddəsinə görə, Əhməd fəaliyyət qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, miras əmlakını qəbul edə bilər. Mütləq şəkildə miras əmlakı fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni nümayəndəsi vasitəsi ilə qəbul olunur. Eyni zamanda 1268-ci maddəyə görə isə, miras əmlakından imtinaya yalnız məhkəmənin icazəsi ilə yol verilir. Düşünmürəm ki, Əhməd və onun qanuni nümayəndələri əmlakı qəbul etməkdən imtina etsinlər. Amma istənilən halda əmlak qəbul olunacaq və həmin əmlakla bağlı onun qanuni nümayəndələrinin yalnız fəaliyyət qabiliyyəti olmayan şəxsin maraqları naminə və onun xeyirinə istənilən müqavilələrin, əqdlərin bağlanmasına qanunla icazə verilir".
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar