Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

45 yaşlı kişi qızının sinif yoldaşını evinə çağırıb, təcavüz etdi

Tarix: 10-10-2024 08:30     Baxış: 356 A- / A+
Salyan rayonunda 1979-cu il təvəllüdlü Vahid yetkinlik yaşına çatmayan Faziləyə (adlar şərti göstərilib - red.) təcavüz edib.

Vahid 2012-ci il təvəllüdlü qızı Nərminin sinif yoldaşı olan Fazilənin on dörd yaşına çatmadığını bilib.

Qıza qarşı özündə cinsi istək formalaşdıran Vahid onun hər hansı müqavimət göstərə bilməyəcəyindən, lal-kar, psixi xəstə olan valideynilərinin himayəsindən məhrum olmasından, habelə özünün fiziki cəhətdən üstünlüyündən təsiretmə üsulu kimi yararlanıb.

O, Fazilənin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri edib və öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gəlib. 2022-ci ilin fevral ayından həmin ilin iyul ayınadək dəqiq məlum olmayan aylarda və günlərdə Fazilə ilə cinsi əlaqəyə girib.

Faziləni qızı Nərminlə görüşdürmək bəhanəsi ilə Salyan rayonunun kəndindəki evinə dəvət edib. Daha sonra o, zəif vəziyyətindən istifadə edərək onunla cinsi əlaqədə olub, seksual xarakterli hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Vahidin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Fazilə ilə arasında məktəblə bağlı problem olub:

"Fazilə mənim qızımı məktəbdə döyürdü, uşağım da ağlayaraq üstümə gəlirdi. Bu barədə məktəbə gedərək direktora, müəlliməyə və Fazilənin dayısına şikayət etmişəm. Biz də razılığa gələrək Faziləni məktəbdən uzaqlaşdırdıq, onu uşaq evinə verdilər. Bundan sonra Fazilə həmişə məndən narazı qaldı. Dedi ki, səni tutduracam, buradan uzaqlaşsam, səndən şikayət edəcəyəm. Məktəbin direktoru da dedi ki, bununla mən bacarmıram.

Özümü heç bir cinayətdə təqsirli bilmirəm, heç nədən həbsdə əzab çəkirəm. Xəstəyəm, Faziləni öyrədərək bura yollayıblar, dediklərinin hamısı yalandır".

Təqsirləndirilən şəxs qeyd edib ki, Fazilə onun evinə bir dəfə özü işdə olan vaxt gəlib, uşağı ilə oynayıb: "Həmin vaxt evimdə kimlər olub, bilmirəm. Onu uşağımdan həmişə uzaqlaşdırmağa çalışmışam. Fazilə dəfələrlə mənə zəng vurub, lakin telefona cavab verməyib, söndürmüşəm. Sonra geri yığaraq ondan "niyə zəng vurursan?", deyə soruşmuşam. O isə uşağımla danışmaq istədiyini deyib.

Evdə olanda telefonunu qızıma vermişəm, Fazilə ilə danışdırmışam. İki dəfə belə hadisə olub. Faziləni qətiyyən zəng vuraraq evimə çağırmamışam".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, onu döyüblər, təhdid ediblər və ondan 17 min manat pul istəyiblər: "Qardaşlarım da bununla bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq şikayətlər ediblər. Məni soyundurublar, sonra bədənimdə olanları yazıblar ki, qız belə deyir. Mənə qarşı sübut olmadığına görə bunu ediblər.

Fazilə zəng vurarkən çox vaxt işdə olmuşam, telefonumu söndürmüşəm. Çoxsaylı zənglərindən sonra açaraq soruşmuşam ki, nə istəyirsən. Özüm heç vaxt ona zəng vurmamışam. İlk dəfə mənə məxsus telefondan Faziləyə zəng vurulmasının səbəbini bilmirəm. Bəlkə də qızım zəng vurub. Mənim Faziləyə zənglərimin səbəbi odur ki, deyim, bizə zəng vurma.
Fazilə ilə heç bir cinsi təmasım olmayıb. Günahsız yerə yatıram, bunlar oyunudur, cəzasını mən çəkirəm".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fazilənin sözlərinə görə, dəqiq xatırlamadığı vaxtda Vahid ona zəng edərək qızı Nərminlə oynaması üçün evinə çağırıb: "Vahid məni aldatdı. Onlara getdikdə bildim ki, Nərmin nənəsigilə gedir. Mən də onlarla birlikdə getdim. Nərmin nənəsigildə qaldı, Vahidlə mən geri qayıtdıq. Həmin vaxt məktəbə gedən vaxtlar olardı. Vahid mənə dedi ki, bizə gəl. Birlikdə onun evinə getdik, divanda oturduq.

Əvvəlcə Vahid gələrək divanda məni qucağında oturdu. Sonra dedi, o biri otağa gəl. Mən də onun təklifi ilə həmin otağa getdim. Yerə uzadaraq şalvarımı əynimdən çıxardı. Daha sonra özü də soyundu. Üstümə iyrənc hərəkətlər etməyə başladı. Pozğun hərəkətlər etdi, onları burada dilimə gətirə bilmirəm. Məni məcbur elədi. Çirkin əməlini başa çatdırandan sonra evimə getdim".
Zərərçəkmiş qeyd edib ki, bundan sonrakı günlərdə Vahid onu yenə çağırıb: "Mən də onlara gedirdim. Deyirdi ki, gəl, qızım Nərminlə oyna, mən də oynamaq istəyirdim. Lakin onlara getdikdə Vahidin yenə məni aldatdığını, evdə heç kim olmadığını görürdüm.

Mən dördüncü sinifdə oxuyandan Vahid bu hərəkətləri öz evində edirdi. Belə hərəkətləri çox olub. Hər dəfə ona inanaraq Nərminlə oynamaq üçün getmişəm. O, məni otağa aparırdı, özü də mənim yanıma uzanırdı. Sonra üstümə çıxırdı. Məni iyrənc hərəkətlər etməyə məcbur edirdi. Onun dediklərini edirdim".

Fazilənin ifadəsinə görə, daha sonra beşinci sinifdə internat məktəbinə gedib: "Könüllü internat məktəbinə getdim ki, Vahid məndən əl çəksin. Çünki məndən əl çəkmirdi, çirkin əməllərini davam etdirirdi. Bu barədə internat məktəbində olanda qızlara dedim. Qızlar gedərək xəbərlədilər. Bunu qızlara yemək yeyərkən demişəm. Bundan sonra dayımı məktəbə çağırdılar. Məni müayinəyə apardılar".

Zərərçəkmiş qeyd edib ki, daha sonra başqaları da ona əxlaqsız hərəkətlər ediblər: "Hər gün mənə əxlaqsız hərəkətlər edirdilər. Vahid öz nömrəsini mənə vermişdi, mən də ona zəng vururdum. Daha çox Vahid zəng vuraraq mənimlə danışırdı. Deyirdi ki, hardasan, mən də evdə olduğumu deyirdim. Sonra deyirdi ki, bizə gələrsən. Mən də gələcəyimi deyirdim. Vahiddən şikayətçiyəm, onunla barışmıram".

Zərərçəkmiş daha sonra ifadəsində həm yaşadığı, həm də qonşu kəndlərdə, kəndarası çöllük ərazilərdə başqa-başqa oğlanlarla cinsi əlaqəyə girməsindən, onların seksual xarakterli hərəkətlər etməsindən danışıb: "Birinci dəfə izahat verəndə Samirin, Pərvizin, Fəridin və Fəhminin adlarını polisə demişəm. Birinci dəfə Samirin mənimlə cinsi əlaqədə olduğunu bildirmişəm.

Samirin mənimlə cinsi əlaqədə olmasını Vahid bilib, bu barədə ifadəsində də deyib. O, bunu düz danışır. Amma Vahid də mənimlə intim əlaqədə olub. Belə olduğunu Allaha and içirəm. İlk dəfə izahat verəndə Vahidin adı yadımdan çıxdığından onun adını çəkməmişəm. Mənimlə cinsi əlaqədə olanların hamısı yadımdadır. Sayı on altı nəfərdir. Yadıma düşdükcə onların da adlarını deyəcəm".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vahid 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl zərərçəkmişə qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunaraq bir neçə nəfər mühakimə edilib və barələrində ittihamedici hökm çıxarılıb. teleqraf.com

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar