Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

17 yaşlı gənc güllələndi - VENESUELADA

Tarix: 20-06-2017 09:49     Baxış: 1261 A- / A+
17 yaşlı gənc güllələndi
Venesuelanın paytaxtında polislə etirazçılar arasında baş verən qarşıdurmada 17 yaşlı yeniyetmə güllələnərək öldürülüb.
Manevr.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə özünün “Tvitter” səhifəsində ölkə parlamentinin deputatı Xose Manuel Olivares yazıb.
“Bu gün milli qvardiyaçıların odlu silahdan açdığı atəş nəticəsinə 17 yaşlı Fabian Urbina həyatını itirdi”-deyə, Olivares yazıb.
Venesuela prokurorluğu ölüm faktını təsdiqləyib.
Həmçinin bu gün Karakasda polislə etirazçılar arasında baş verən toqquşmalarda azı 27 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.
Aprelin əvvəlindən ölkədə iğtişaşlar nəticəsində azı 70 nəfər ölüb, 1000-dən çoxu xəsarət alıb, 2600 nəfər saxlanılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar