Xəbər lenti
Sumqayıtda avtobus 40 manata satıldı

Sumqayıt şəhərində avtomobil oğurluğu ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Manevr.az xəbər verir ki, Sumqayıt şəhər sakini Dəyanət Hümbətov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə zəng edərək 39-cu məhəllənin ərazisindəki avtoservisin yaxınlığında saxladığı mikroavtobusun oğurlanması barədə məlumat verib.
Hadisə yerinə gələn Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin mikroavtobusun texniki cəhətdən nasaz vəziyyətdə olduğundan uzun müddətdən bəri təmirə saxlanıldığı, buna görə də onu sürərək aparmağın mümkün olmadığı müəyyən edilib.
Polis əməkdaşları avtomobilin evakuatorla aparılması barədə məlumat əldə ediblər. Həmin evakuator tapılaraq sürücüsü polis bölməsinə dəvət edilib. O, mikroavtobusu müraciət edən şəxslə birlikdə şəhər ərazisindəki metal qəbulu məntəqələrindən birinə apardığını bildirib. Orada olan polis əməkdaşları avtomobilin 40 manat müqabilində satıldığını aşkar ediblər.
Oğurluğu törədən şəhər sakini Tural Hüseynov 3-cü polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Tural Hüseynov ifadəsində köhnə mikroavtobusun uzun müddətdən bəri həmin yerdə saxlanıldığından sahibsiz olduğunu düşünərək bu əməli törətdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar