Xəbər lenti
Təndirdə çörək bişirən qadını güllələyən şəxs eyni silahla intihar etdi

Hadisə günorta saatlarında Gercüş rayonunun Dərəli kəndində baş verib.
Abdullah Çakar, kənd qadınları ilə birlikdə təndirdə çörək bişirən S.A. adlı qadını naməlum səbəbdən ov tüfəngi ilə vurub. Çakar daha sonra eyni silahı özünə tuşlayıb və atəş açıb.
Ətrafdakıların məlumatı üzərinə bölgəyə polis və təcili tibbi yardım sövq edilib. Təcili tibbi yardım əməkdaşlarının ilkin müayinəsi zamanı Abdullah Çakarın həyatını itirdiyi müəyyən edilib.
S.A. ilkin müdaxilədən sonra Batman Təhsil və Araşdırma Xəstəxanasına sövq edilərək müalicə altına alınıb. S.A.-nın həyatının təhlükədə olduğu bildirilib. Abdullah Çakarın meyiti tibbi ekspertizadan sonra torpağa tapşırılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar