Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda kişi dilənməkdən imtina edən arvadını öldürdü - TƏFƏRRÜAT

Tarix: 09-08-2024 19:12     Baxış: 4100 A- / A+


 
Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Qədir Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxs Qədir Qasımov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
42 yaşlı Qədir Qasımov qısqanclıq zəminində həyat yoldaşı 37 yaşlı Zülfiyyə Xamoyevanı kəsici alətlə qətlə yetirib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Qədir Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə onların uşaqlarıın gözü qarşısında baş verib. Qətli törədən şəxs içki düşkünü olub. Qətl hadisəsi Zülfiyyənin bacısının evində baş verib.
Məlum olub ki, Qədir Qasımov arvadını dilənmək yolu ilə pul qazanmağa məcbur edib.
Mərhumun qohumları iddia edir ki, təqsirləndirilən şəxs qaraçıdır. Bildirib ki, övladları işləmək yolu ilə pul qazanmaq istəsə də, əri onun dilənmək yolu ilə pul qazanmağı tələb edib.
Ona qarşı 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 157.1-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham irəli sürülüb.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar